Çində Nizami Gəncəviyə həsr olunan jurnal dərc olundu

Nizami Gəncəvi

Nizami Gəncəvi

29 dekabr 2021
# 12:40

Pekin Xarici Dillər Universiteti (PXDU) Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan elmi jurnal çap olunub.

Kulis.az xəbər verir ki, jurnal "Nizami Gəncəvi İli" münasibətilə PXDU-nun Azərbaycan dili kafedrasının başlatdığı "Nizami irsi" layihəsi çərçivəsində işıq üzü görüb. Nəşrə universitetin Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələrin 11 işi daxil edilib. Onların beşi tədqiqat, ikisi publisistik, dördü isə tərcümələrdir.

Gənc çinli nizamişünasların sözügedən işləri Azərbaycan-Çin ədəbi münasibətlərinin inkişafına, habelə Nizami Gəncəvi irsinin Çində daha dəqiq tanıdılmasına əhəmiyyətli bir töhfədir.

"Nizami irsi" layihəsinin təşəbbüskarı və rəhbəri, həm də jurnalın baş redaktoru Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevdir. O, həm də Çin Sosial Elmlər Akademiyasının dəvətli alimi, “Bir kəmər, bir yol” Gənc Çinşünaslar Alyansının sədridir.

Qeyd edək ki, Şərq ədəbiyyatının əlçatmaz bir zirvəsi olan Nizami Gəncəvi, eyni zamanda öz yaradıcılığı ilə Azərbaycan-Çin ədəbi əlaqələrinin simvoluna çevrilib. Dahi şair əsərlərində Çin qızı obrazı yaratmaqla yanaşı, Çin ipəyi, çini qablar, Çin metalı, Çin silahı kimi ifadələr də işlədib.
Nizami Gəncəvinin 880 illik yubileyinə təsadüf edən 2021-ci il Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib. Bundan sonra Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin Azərbaycan dili kafedrası "Nizami Gəncəvi İli" çərçivəsində “Nizami irsi” adlı elmi-ədəbi layihənin icrasına başlayıb. Layihə çərçivəsində il ərzində Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər həyata keçirilib. Universitetin Azərbaycan dili ixtisası üzrə təhsil alan çinli tələbələri Nizami Gəncəvi yaradıcılığı ilə bağlı tədqiqat məqalələri yazıb, dahi şairin əsərlərindən hissələrin Çin dilinə tərcüməsini həyata keçiriblər. Jurnalın çapına Pekin Xarici Dillər Universiteti və Azərbaycanın Çindəki səfirliyi dəstək verib.

# 2625 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər