Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə  dair ekspozisiya
6 oktyabr 2026
# 12:30

Azərbaycanın “Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər Sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında fotosərgi açıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən APA-ya verilən məlumata görə, ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb.

Bundan başqa, Cenevrədə stendlərlə tanış olan xarici izləyicilər Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin, dağıntıların təsvirləri və həmin ərazilərdə Azərbaycan dövlətinin qurduğu yeni həyatın, dirçəlişin tabloları ilə tanış olublar.

“Gilavar” Foto Klubunun rəhbəri Rəşad Mehdiyev bildirib ki, bu fotolar beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırır, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır, Azərbaycan minadan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla da kəskin çirkləndirilib. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur, hətta aşkar edilmiş bir sıra kütləvi məzarlıqların ətrafı da minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayət hesab olunmalıdır.

Ekspozisiya ilə tanış olanlara məlumat verilib ki, bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət etmir. 2020-ci ildə 44 günlük müharibədən sonra - Azərbaycanda mina hadisələrindən ölən şəxslərin mütləq əksəriyyəti mülki şəxslərdir. O da qeyd olunub ki, mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir.

Ekspozisiya ilə tanış olanlar yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun minadan azad bölgə elan olunmasını arzulayıblar.

Azərbaycan QHT-si BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı digər Avropa ölkələrində də davam etdirəcək.

“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

# 683 dəfə oxunub

Oxşar xəbərlər

Futbolçunun tövsiyəsi Tolstoyu bestseller etdi - 140 illik əsər yenidən gündəmdə

Futbolçunun tövsiyəsi Tolstoyu bestseller etdi - 140 illik əsər yenidən gündəmdə

17:06 23 noyabr 2026
"Matrix" beşinci film ilə ekranlara qayıdacaq

"Matrix" beşinci film ilə ekranlara qayıdacaq

16:32 23 noyabr 2026
Billi Cin Kinqin həyatından bəhs edən sənədli film yayımlandı

Billi Cin Kinqin həyatından bəhs edən sənədli film yayımlandı

15:41 23 noyabr 2026
Tanınmış müğənninin konserti ləğv olundu - Səbəb

Tanınmış müğənninin konserti ləğv olundu - Səbəb

15:08 23 noyabr 2026
Başqasının sevincinə düşmən kəsilən "əxlaq keşikçiləri" - Bu qaramat adamlar kimlərdir?

Başqasının sevincinə düşmən kəsilən "əxlaq keşikçiləri" - Bu qaramat adamlar kimlərdir?

15:00 23 noyabr 2026
Meraya Kerinin "Barbi" gəlinciyi təqdim olundu

Meraya Kerinin "Barbi" gəlinciyi təqdim olundu

14:33 23 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər