"Bu həyatda narazı olan iki adam var, biri Qismət Rüstəmovdur, digəri..." - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi

"Bu həyatda narazı olan iki adam var, biri Qismət Rüstəmovdur, digəri..." - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi
24 sentyabr 2025
# 18:52

"Biz Qismət Rüstəmovla yox, İlahə Əkbərlə işləmişik. O vaxtlar heç bir nəşriyyat öz hesabına kitab nəşr etməyəndə “Qanun” nəşriyyatının “Birinci kitab” və “Ən yeni ədəbiyyat” layihələrində Qismətin kitablarını buraxmışıq. Bununla belə, İlahə Əkbər nəşriyyatımızda frilans tərcüməçi işləyir. İmkanımız olanda İlahə xanıma küllü miqdarda qonorar vermişik; vaxtında və vaxtından əvvəl".

Bu sözləri "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Kulis.az-a açıqlamasında deyib.

O, bu işlə birbaşa məşğul olmadığını bildirib:

"Bu işə müsahibatlıq baxır, eyni zamanda tərcüməçilərlə işləyən koordinatorumuz var. Hansılarına qonarar ödənilməlidirsə, koordinator hər ay o tərcüməçilərin siyahısını verir. Və mühasibatlıq onu ödəyir. Başa düşmək lazımdır ki, yay aylarında gecikmələr olur və hər ilin yay aylarında belə böhran baş verir. Bu barədə tərcüməçilərə əvvəldən məlumat göndərilir. Məlumatda deyilir ki, yubanmalar, gecikmələr olacaq. Onlar, adətən, bununla ikinci iş kimi məşğul olduqlarından gecikmələrə normal yanaşırlar. Ancaq illər boyu vaxtında qonarar alıb, birdən gecikməylə bağlı alov püskürmək də, məncə, düzgün deyil.

Bu həyatda narazı olan iki adam var, onlardan biri Qismət Rüstəmovdur, digəri Sevil Gültən. Onları hara, kiminlə işləməyə yollasan, sonda narazı qalacaqlar. O cümlədən, Sevil Gültən də hər yerdən qovulanda, mən onu tərcüməçi kimi “Qanun” nəşriyyatına cəlb eləmişəm. Ancaq başa düşmüşəm ki, Sevil xanımla işləmək mümkün deyildir. Bu iki ad hər şeydən narazıdırlar.

"Bakı Beynəlxalq Kitab Sərgisi"nin başlamasını gözləyirik ki, qonorarları verək. Bu il parklarda sərgilərin olmasına icazə ala bilmədik. Adətən, tərcüməçilər qonorarlarını gəlib sərgidən götürürdülər. Bu il ona imkan olmadı".


# 4115 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər