"BTS" qrupu "Qremmi" mükafatından imtina etdi - Səbəb

"BTS" qrupu "Qremmi" mükafatından imtina etdi - Səbəb
30 iyul 2026
# 10:00

Cənubi Koreyanın "BTS" pop qrupu yeni "Asiya" kateqoriyasının yaradılması səbəbindən 2027-ci ildə keçiriləcək "Qremmi" ("Grammy") musiqi mükafatlarının təqdimetmə mərasimində iştirak etməkdən imtina edib.

Kulis.az xəbər verir ki, qrup üzvləri bununla bağlı "Instagram" hesablarında açıqlama yayımlayıblar.

"Biz bu il "Qremmi" mükafatına namizədliyimizi irəli sürməmək qərarına gəldik. Ümid edirik ki, musiqimiz bölgələrə və ya dillərə bölünmədən, olduğu kimi dinləniləcək və seviləcək", – deyə sənətçilərin bəyanatında bildirilir.

Bir neçə ay əvvəl "Qremmi" mükafatını təqdim edən Amerika Milli Səsyazma Sənəti və Elmləri Akademiyası (NARAS) "Ən yaxşı Asiya pop musiqisi ifası" adlı yeni kateqoriya təqdim etmişdi. Mükafatın K-pop, J-pop və C-pop ifaçılarına veriləcəyi vurğulanırdı.

Qeyd edək ki, "BTS" 2018-ci ildə altıncı studiya albomu olan "Love Yourself: Tear" ilə ABŞ-ın albomlar çartına başçılıq edən ilk K-pop qrupu olub. 2024-cü ilin fevralında isə kollektiv "Spotify" musiqi platformasında ən çox dinlənilən qrup ünvanını qazanıb. "BTS" bir neçə dəfə müxtəlif kateqoriyalarda "Qremmi"yə namizəd göstərilsə də, heç vaxt bu mükafatı qazana bilməyib.

"BTS" qrupu nə vaxt yaranıb?

"BTS" (Bangtan Boys) — 2013-cü ildə Cənubi Koreyanın "Big Hit Entertainment" şirkəti tərəfindən yaradılmış məşhur K-pop qrupudur. Yeddi üzvdən (RM, Jin, Suga, J-Hope, Jimin, V və Jungkook) ibarət olan kollektiv qısa müddətdə qlobal fenomenə çevrilərək Cənubi Koreya mədəniyyətini bütün dünyada populyarlaşdırıb. Qrup "Dynamite", "Butter" və "Boy With Luv" kimi beynəlxalq hitləri ilə "Billboard" siyahılarında dəfələrlə zirvəyə yüksəlib və dünya üzrə "ARMY" adlanan milyonlarla pərəstişkar kütləsi toplayıb. Onlar həmçinin BMT-dəki çıxışları və gənclərə verdikləri müsbət sosial mesajları ilə də tanınırlar.

# 602 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər