Bred Pitt "Formula 1"də iştirak edəcək

Bred Pitt "Formula 1"də  iştirak edəcək
25 aprel 2023
# 11:30

Amerikalı aktyor Bred Pitt "Formula 1" haqqında çəkiləcək filmə hazırlıq çərçivəsində avtomobil yarışları üzrə Britaniya Qran Prisi çempionatında iştirak edəcək.

Kulis.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Bred Pittin Britaniya Qran Prisində liderliyini izləmək bu iyul Silverstounda tamaşaçılar və pərəstişkarlar üçün inanılmaz və sürreal bir an olacaq", - deyə məlumatda qeyd olunub.

Sənətçi artıq peşəkar yarışlarda iştirak etmək üçün tələb olunan xüsusi icazəni alıb. Adı hələ gizli saxlanılan filmdə Pitt tələbəsini motivasiya etmək üçün idmana qayıdan bir köhnə yarışçı rolunu oynayacaq. Sənətçi həm də lentin prodüseri kimi çıxış edəcək. Çəkiliş üçün tövsiyələri isə avtomobil yarışları üzrə yeddiqat dünya çempionu Lyuis Həmilton verəcək.

Qeyd edək ki, "Qar yağışı" və "Roy"un ulduzu Demson İdrisin də "Formula 1"lə bağlı dramda Bred Pittlə birlikdə oynayacağı daha əvvəl bildirilmişdi.

# 2798 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər