“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası istifadəyə verildi

“Birinci Türkoloji Qurultay - 100”  adlı elektron məlumat bazası istifadəyə verildi
26 fevral 2026
# 11:20

Bu gün Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın 100-ci ildönümü tamam olur.

Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, bazada bir sıra rəsmi sənədlərin, həmçinin akademik Nizami Cəfərovun, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın və filologiya üzrə elmlər doktoru Aysel Qəriblinin birgə hazırladıqları “Birinci Türkoloji Qurultayın tarixi missiyası”, akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr”, professor Nadir Məmmədlinin “Birinci Ümumittifaq Türkoloji Qurultayda əlifba məsələsi”, filologiya elmləri doktoru Elnarə Akimovanın “I Türkoloji Qurultay - türk ruhunun qələbəsi”, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlının Birinci Türkoloji Qurultayda fəaliyyəti” adlı məqalələrin tam mətni təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada bir sıra görkəmli şəxslərin bu tarixi əhəmiyyətli, mühüm hadisənin mahiyyəti haqqında söylədikləri dəyərli fikirlər, bu mövzuda qələmə alınan kitab və dövrü mətbuat nümunələrinin siyahısı yer alır. Elektron məlumat bazasında “Türk xalqlarının tarixinin parlaq səhifəsi”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi” , “Foto və videoqalereya” kimi bölmələr də mövcuddur.

“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1234 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər