Biləsuvarda “Nəbi Xəzri – 100” adlı ədəbi-bədii gecə keçirildi

Biləsuvarda “Nəbi Xəzri – 100” adlı ədəbi-bədii gecə keçirildi
6 fevral 2025
# 12:53

Biləsuvar rayonunda Xalq şairi, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar Heydər Əliyev Mərkəzində baş tutub.

Kulis.az xəbər verir ki, tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Anar Xammədov, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Nəbi Xəzrinin Azərbaycan poeziyasına gətirdiyi yeniliklərdən bəhs edib. O, qeyd edib ki, şairin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatının deyil, milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir: “Nəbi Xəzri XX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından biridir. Onun şeirlərində və poemalarında Vətən sevgisi, azadlıq ruhu, insana və təbiətə dərin bağlılıq öz əksini tapır. O, poeziyada insan qəlbinin dərinliklərini açmaqla yanaşı, bədii ifadə vasitələrini yenilikçi üslubda təqdim etməyi bacaran sənətkarlardan olub. Şairin yaradıcılığında dəniz, külək, Günəş kimi təbiət obrazları insan duyğularını ifadə edən simvollara çevrilib. Onun lirikası ideologiyadan uzaq, saf və səmimi olduğu üçün oxucuların qəlbinə yol tapıb. Bu da onun poeziyasının bu gün də eyni dərəcədə sevilməsinin əsas səbəblərindən biridir.”

Şahin Şahbazov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalamasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, şairin lirikasının yüksək humanizm, vətəndaşlıq qayəsi və milli koloriti ilə seçildiyini bildirib.

Tədbirin sonunda Biləsuvar Rayon İcra Hakimiyyətinin müavini Ləman Yüzbaşova və Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Nəbi Xəzrinin zəngin ədəbi irsinin bu gün də dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Ədəbi-bədii gecədə Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi və Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin şagirdləri maraqlı çıxışlar ediblər. Şairin sevilən şeirləri səsləndirilib, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən onun sözlərinə yazılmış mahnılar ifa olunub.

# 2090 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər