"Big Band" caz orkestrinin konserti təşkil ediləcək

"Big Band" caz orkestrinin konserti təşkil ediləcək
27 aprel 2024
# 16:50

Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin dosenti, trombon ifaçısı, bəstəkar, aranjimançı və “Big Band”ın rəhbəri Markus Qayzelhart (Geiselhart) öz nəzəri bilik və təcrübəsini bölüşmək üçün yerli musiqiçilərlə bir araya gələcək.

Kulis.az xəbər verir ki, “Jıdır Jazz” komandası ilə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkil etdiyi və nazirliyin dəstəyi ilə keçirilən tədbir “Beynəlxalq Caz Günü” çərçivəsində Azərbaycanın caz sferasında "Big Band" caz orkestri, improvizasiya və aranjiman kimi fəaliyyət istiqamətlərinə yönəlib.

Əslən Almaniyadan olan və 2006-cı ildən etibarən Vyana şəhərində fəaliyyətini davam etdirən musiqiçi bir çox məşhur sənətçilərlə birlikdə böyük layihələr reallaşdırıb. O, hazırda "mdw Big Band", "Don Ellis Tribute Orchestra", "Markus Gieselhart Orchestra" kimi böyük caz orkestrlərinə rəhbərlik edir.

Zəngin caz tarixinə malik Azərbaycan musiqisində Tofiq Quliyev, Tofiq Əhmədov, Rauf Hacıyev, Rafiq Babayev və Vaqif Mustafazadə kimi musiqiçilərin yaratdıqları məktəb və ənənələrə söykənərək, bu gün Azərbaycanda yeni "Big Band" caz orkestri ənənəsinin canlandırılması üçün imkanlar açılır.

Qeyd edək ki, tədbir peşəkar və həvəskar musiqiçilərin, müəllimlərin, müxtəlif incəsənət sahələrinin və musiqi həvəskarlarının maraq dairəsini əhatə edir.

# 1971 dəfə oxunub

Oxşar xəbərlər

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

İki sahilin kədəri: Əli Kərim və Qulu Ağsəs - Afaq Aras

18:30 7 may 2026
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək

16:40 7 may 2026
İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

İncəsənət xadimlərinə Prezident mükafatları verildi - Siyahı

16:35 7 may 2026
Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

Mir Kamilin “Üfüqdə bir şəhər” kitabının təqdimatı keçiriləcək

16:20 7 may 2026
Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

Edam cəzasına qarşı çıxıb gilyotinlə edam edilən feminist - O, Russoya necə cavab vermişdi?

14:00 7 may 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

13:40 7 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər