“Bəzi saytlar sözlərimi təhrif ediblər” - Siyavuş Kərimidən açıqlama

Siyavuş Kərimi, Xalq artisti

Siyavuş Kərimi, Xalq artisti

30 oktyabr 2023
# 16:04

Oktyabrın 29-da Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin Azərbaycan musiqisi və ölkəmizdəki səsyazma studiyaları ilə bağlı səsləndirdiyi fikirlər bəzi mətbuat orqanlarında təhrif olunub.

Kulis.az xəbər verir ki, bu barədə “525”ə açıqlama verən Xalq artisti, əslində, tamam başqa fikir səsləndirdiyini bildirib:

“Ölkəmizdə ilk dəfə olaraq belə genişmiqyaslı Musiqi Forumunun keçirilməsi təqdirəlayiq haldır. Həqiqətən də musiqimizin indiki vəziyyətində bir sıra problemlər var və biz də o problemlərin həlli istiqamətində Forumun çox böyük köməyinin olacağına inanırıq. Belə tədbirlərin keçirilməsi lazımlı və vacib məsələdir.

O ki qaldı mənim Forumda səsləndirdiyim fikirlərə, təəssüf edirəm ki, bəzi xəbər saytları sözlərimi kontekstdən çıxararaq, təhrif ediblər. Söhbət Azərbaycandakı səsyazma studiyalarının keyfiyyətindən gedirdi. Bəli, bu gün Azərbaycanda peşəkar, beynəlxalq standartlara cavab verən səsyazma studiyaları yoxdur. İndiki dövrdə Azərbaycan musiqisinə lazım olan vacib məsələlərdən biri məhz dünya standartlarına cavab verən səsyazma studiyalarıdır. Amma mən heç yerdə deməmişəm ki, Azərbaycan musiqisi dünyada qəbul edilmir və ya Azərbaycan musiqisi dünyada heç kimə lazım deyil.

Çox təəssüf ki, həmin saytların yazdığı yanlış informasiyanı bədxah qonşularımız da tərcümə edərək tirajlayırlar. Erməni mədəniyyəti Azərbaycan mədəniyyəti üzərində, onun hesabına yaranıb. Bizim mədəniyyətimizin, musiqimizin oğrularına belə bir fürsət vermək nəyə lazım idi axı?! Mən özüm uzun illərdir Azərbaycan musiqisinə xidmət edirəm, belə bir fikri necə deyə bilərəm?”

# 4922 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər