“Beş manatlıq gəlin” tamaşası yenidən səhnədə

“Beş manatlıq gəlin” tamaşası yenidən səhnədə
24 oktyabr 2022
# 14:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı tamaşalardan sayılan “Beş manatlıq gəlin” (S.Rüstəmov, M.S.Ordubadi) retro komediyası oktyabrın 29-da nümayiş etdiriləcək.

Kulis.az xəbər verir ki, qocaman teatrın bu tamaşasına Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib.

Süjet xəttində məişət mövzusunu əks etdirən, gözlənilməz və komik vəziyyətlərlə xoş ovqat yaradan, lakin dərin məna çalarlarına malik olan səhnə əsəri 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda Akademik Musiqili Teatrının səhnəsində dəfələrlə göstərilib və teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.

Yeni quruluşu ilə əvvəlkilərdən çox fərqlənən bu tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasıyev, İqrar Salamov aktyorlar Möylə Mirzəliyev, Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Nigar Qarayeva çıxış edəcəklər.

# 3261 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər