Beriya haqqında yeni kitab çap olundu

Beriya haqqında yeni kitab çap olundu
1 aprel 2022
# 18:20

“Çapar” tarix dərgisinin baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhmədin iki yeni kitabı işıq üzü görüb. “Çapar” nəşrlərində “Müəmmalı tarix” seriyası ilə çap olunan kitablarda tariximizin iki maraqlı dövrü haqqında yeni materiallar təqdim olunub.

Kulis.az xəbər verir ki, “Sənin Abo. Əbdürrəhman Fətəlibəyli Düdənginskinin məktubları” adlı kitabda II Dünya müharibəsindən sonra Avropa düşərgələrində qaçqın vəziyyətində yaşayan azərbaycanlıların taleyi araşdırılıb, onlar haqqında məlumat verilib. Kitabda Azərbaycan İrtibat Heyətinin rəhbəri Ə.Fətəlibəylinin qaçqınların Türkiyəyə yerləşdirilməsi uğrunda apardığı mücadilə geniş şəkildə əks olunub. Bu fəaliyyəti ilə bağlı Fətəlibəylinin 15 məktubu ilk dəfə olaraq kitabda yer alıb. Eləcə də Ə.Fətəlibəylinin həyat yoldaşı Leyla Qaziyevanın məktub və müsahibəsi də kitabda öz əksini tapıb. Əsərdə həmçinin Avropa düşərgələrində yaşayan qaçqın azərbaycanlıların 15-ə yaxın məktub təqdim olunub.

Müəllif kitabı yazmaq üçün Türkiyənin tanınmış jurnalisti, Azərbaycan Cümhuriyyəti Maliyyə naziri Əbdüləli bəy Əmircanovun kürəkəni Ziyad Əbüzziyanın İstanbulda İSAM kitabxanasında qorunan arxivində çalışıb, eləcə də 1948-1950-ci illərdə çıxan Türkiyə mətbuatında tədqiqat aparıb.

Tarixçi, jurnalist Ruslan Rəhimovla birgə qələmə alınan “Beriya müəmması” kitabında isə SSRİ-nin ikinci şəxsi olan Lavrenti Beriyanın Azərbaycan Cümhuriyyəti dövründə Əksinqilabla Mübarizə Təşkilatında işlədiyi dövrə nəzər yetirilib. Beriyanın öldürülməsindən sonra Türkiyənin “Vatan” qəzetinin müxbiri Sadun Tanjunun qələmə aldığı “Beriya müamması” yazı seriyası ilk dəfə olaraq kitaba əlavə olunub. “İngilis agenti”, “Müsavat agenti” ittihamları ilə də suçlanan Beriya haqqında türk jurnalistin o illərdə Türkiyədə yaşayan 5 azərbaycanlı ictimai-siyasi xadimdən (Məhəmmədəmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Mirzəbala Məhəmmədzadə, Məhəmmədsadıq Aran, Mustafa Vəkiloğlu) Beriyanın qətli ilə bağlı alınan müsahibələr tarixşünaslığımız üçün yenilikdir.

Kitaba Mirzəbala Məhəmmədzadənin Beriya haqqında yazdığı iki məqalə də əlavə edilib.

# 3354 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

Məşhur müğənni əməliyyat olundu – Pərəstişkarları məyusdur

18:15 5 avqust 2026
Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

Amerikalı fenomen xəstəxanaya yerləşdirildi – Səbəb

17:00 5 avqust 2026
“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

“The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq?

16:30 5 avqust 2026
Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

Azərbaycan fotoqrafiyasının 165 illiyinə həsr olunmuş xüsusi poçt markası

16:00 5 avqust 2026
Asket şair, yorulmaz dilçi  - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

Asket şair, yorulmaz dilçi - Onun hansı şeiri Norveçdə qeyri-rəsmi milli himn sayılır?

13:40 5 avqust 2026
Məşhur aktrisa rolu üçün hicab geyindi

Məşhur aktrisa rolu üçün hicab geyindi

13:10 5 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər