Balet artisti: Azərbaycanda oğlan kadrlar çatışmır

Balet artisti:  Azərbaycanda oğlan kadrlar çatışmır
31 oktyabr 2023
# 16:20

"Azərbaycanda xoreoqrafiya sənətinin problemlərindən biri də oğlan kadrların çatışmazlığıdır".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Musiqi Forumunun “Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları” panelində çıxış edən balet artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, Əməkdar artist Fərid İbrahimov deyib.

O bildirib ki, oğlanların hərbi xidmətdən sonra sənətə qayıtması nadir hallarda olur: "Çünki oğlanlar hərbi xidmətdən sonra professional formaya qayıda bilmirlər. Bunun həlli yollarından biri isə budur ki, rəqqas və balet artistləri hərbi xidməti hərbi rəqs ansambllarında keçirsinlər. Ordunun ruh yüksəkliyinin qaldırılması, hərbi hissələrdə tamaşalar, teatr fəaliyyətində onların kənarda qalmamalarını təmin etməklə buna nail ola bilərik. Digər həll yolu isə qardaş ölkə Türkiyədə olduğu kimi ödənişli hərbi xidmətin yaradılması ola bilər".

"Hər bir rəqqas hərbi xidmət əsaslarını bilməli və təlimlər keçməlidir", - deyə o əlavə edib.

# 2612 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər