Bakıdakı Aleksandr Ostrovskiyə həsr olunan konsert keçiriləcək

Bakıdakı Aleksandr Ostrovskiyə həsr olunan konsert keçiriləcək
19 oktyabr 2023
# 18:04

Oktyabrın 20-si saat 19:00-da Bakıdakı Rus evində böyük rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunmuş konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rusiya Evinin birgə təşkilatçılığı ilə baş tutacaq. Layihənin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.

Konsert axşamında A.N.Ostrovskinin əsərlərinin motivləri əsasında yazılmış musiqi əsərləri, habelə görkəmli dramaturqun pyeslərindən məşhur monoloqlar səslənəcək.

Konsert proqramında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, BMA-nın baş müəllimi Lalə Muxtarova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, beynəlxalq müsabiqələrin laureatları Nəriman Əliyev və Emil Malıgin, BMA-nın məzunları Əminət Əhmədova və Nərgiz Məmmədova, həmçinin "Yaşlek" Tatar Gənclər Mərkəzinin gənc istedadları iştirak edəcəklər.

AZƏRTAC

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər