Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilir

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı  keçirilir
19 sentyabr 2026
# 10:45

XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilir.

APA xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsublar iştirak edir.

Açılış nitqi ilə çıxış edən Mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, I Türk Dünyası Bəstəkarlarının Qurultayı yaradıcı potensialları birləşdirməyə, gənc müəllifləri dəstəkləməyə, türk dünyasının zəngin musiqi irsinin təbliğinə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır:

“Qurultay yeni ideyaların və əsərlərin yaranmasına, eləcə də uzunmüddətli yaradıcılıq əməkdaşlığının başlanmasına mühüm töhfə verəcək”.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, Qurultayın məqsədi Türk dünyasının bəstəkarlar ittifaqının və idarəetmə qurumunun yaradılması ilə bəstəkarları və musiqi sənətçilərini bir araya gətirməkdir: “Bizim musiqi sənətimiz onsuz da yüksək səviyyədədir. Xalq sənətimiz də çox yüksək səviyyədədir. Xalq mahnılarımız var, estradamız var, cazımız var. Bunlarla bağlı heç bir şikayətimiz yoxdur. Amma akademik, ciddi musiqidə böyük problemlər var. Mən istəyərdim ki, bizim əsas diqqətimiz və hədəfimiz məhz bu olsun. İstəyirik ki, bizim akademik, ciddi musiqi sahəsində yazılan əsərlər dünyanın bütün böyük səhnələrinin repertuarına daxil olsun və onları müxtəlif ölkələrdə ifa edək”.

İSESKO-nun Azərbaycandakı Regional Ofisinin direktoru Abdulhakeem Alsenan deyib ki, məqsəd mədəniyyət elm sahəsində yeni körpülər yaratmaqdır: “Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdıran şəxsdir. O, öz musiqisi vasitəsilə ənənə ilə yeni kimliyi bir araya gətirdi. Bizə göstərdi ki, mədəniyyət həm kimliyimizi qoruya, həm də yaradıcılıq və dialoq üçün yeni qapılar aça bilər. UNESCO-da biz mədəniyyətin insanları birləşdirmək gücünə dərindən inanırıq. İnanırıq ki, mədəni irs yalnız keçmişdən qalan bir dəyər deyil, o, bu gün də kimliyimizin ayrılmaz hissəsidir və gələcək nəsillər üçün onu qorumağımız vacibdir. UNESCO ilə Azərbaycan Respublikası arasında mövcud olan bu güclü tərəfdaşlıqla qürur duyuruq. UNESCO-nun Bakıdakı regional ofisi vasitəsilə Azərbaycan, Mərkəzi Asiya, İslam dünyası və beynəlxalq ictimaiyyət arasında mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində çalışırıq”.

Qazaxıstan Respublikası Bəstəkarlar Assosiasiyasının sədri Artyk Tokansanbayev bildirib ki, müasir türk musiqisinin kataloqu yaradılmalıdır: “Burada məqsəd bizim bəstəkarların əsərlərini dünyaya çatdırmaqdır. Əlbəttə, əsərləri kopyalamaq olmaz. Hər bir ölkənin öz qanunvericiliyi, öz yolu var. Biz bazarın qanunlarını yox, miqyasını dəyişə bilərik. Dünyanın ən böyük nəşriyyatları, festivalları və peşəkar agentlikləri ilə əməkdaşlıq edərək böyük miqyasda fəaliyyət göstərməliyik. Bunu hər bir bəstəkarın ayrı-ayrılıqda həll etməsi lazım deyil. Keyfiyyətli və peşəkar şəkildə hazırlanmış musiqini təmsil edən peşəkar bir cəmiyyət olaraq bunu birlikdə etməliyik. Bu baxımdan, bəzi hallarda musiqi nəşriyyatları, bəzi hallarda beynəlxalq studiyalar və ya lisenziyalaşdırma qurumları ilə əməkdaşlıq etmək mümkündür”.

Özbəkistan Bəstəkarlar İttifaqının sədri, Özbəkistan Respublikasının Əməkdar İncəsənət Xadimi Rüstəm Abdullayev deyib ki, 2022–2026-cı illərdə Özbəkistanda 28 konsert keçirilib: “Həmin konsertlərdə tanınmış azərbaycanlı ifaçıların çıxışları olub. Ümumiyyətlə, bizim daim əlaqəmiz, daimi təmaslarımız var və gələcəkdə də birgə konsertlərin keçirilməsini planlaşdırırıq. Biz daha çox yeni bəstəkarlara və ifaçılara imkan yaratmaq istəyirik”.

Qurultay türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi ilə davam edib.

Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

# 612 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər