Bakıda Beynəlxalq Piano Festivalının açılışı oldu

Bakıda Beynəlxalq Piano Festivalının açılışı oldu
21 may 2022
# 13:20

Mayın 20-də Bakıda ilk dəfə keçirilən Beynəlxalq Piano Festivalının açılışı baş tutub.

Kulis.az xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov festival davamlı olaraq tək Bakıda yox, regionlarda da keçiriləcəyini bildirib: “Piano ənənələri Azərbaycanda zəngindir, belə festivalın keçirilməsi gənclərdə marağın artmasına xidmət edəcək. Festival Azərbaycanda piano sənətinə gənclərin daha çox cəlb edilməsinə, yeni istedadların üzə çıxmasına səbəb olacaq”.

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross festivalın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib. O, festivalda məşhur fransız pianoçunun çıxış edəcəyini vurğulayıb. Bu əsərdə incəsənətin müharibəyə qalib gəlməsini təcəssüm edəcək. İndiki Avropanın durumunda bu olduqca vacib məsələdir.

Festivalın təşkilatçısı Şahin Növrəsli isə deyib ki, bu mötəbər tədbir Azərbaycanın musiqi bayramına çevriləcək: “Azərbaycan pianoçuları hər zaman tanınmış olublar, dünyanın bir çox yerlərində möhtəşəm konsertlər veriblər. Qürurluyam ki, ilk piano festivalını təşkil etmək mümkün oldu".

Festival klassik musiqi sədaları ilə açılıb. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konserti səslənib.

Qeyd edək ki, I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək. Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.

# 2555 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər