"Bakı Payızı-2023 - 35 il sonra" final gecələri keçiriləcək

"Bakı Payızı-2023 - 35 il sonra" final gecələri keçiriləcək
7 iyun 2023
# 19:00

İstedadlı bəstəkarları, vokalçıları və orijinal janrda calışan zövqlü sənətkarları tapmaq, dəstəkləmək və tanıtmaq məqsədilə yaradılan genişmiqyaslı “Bakı Payızı 2023 - 35 il sonra” müsabiqəsinə fəal hazırlıq davam edir.

Kulis.az xəbər verir ki, layihənin rəhbəri və prodüseri Səbinə Həsənova bildirib: "Əfsanəvi “Bakı Payızı” müsabiqənin populyarlığı artıq hamıya bəllidir. Ona yeni nəfəs verilir və “Bakı Payızı 2023 - 35 il sonra” adlı müsabiqə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunur. Əsas məqsədlərdən biri də dünya azərbaycanlılarını birləşdirməkdir və Azərbaycan mədəniyyətini geniş-miqyaslı olaraq cəmiyyətdə təbliğ etməkdir. Müsabiqə ilk dəfə olaraq müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirib. Bu, dünyada Azərbaycan musiqi mədəniyyətinə diqqəti artıracaq, həmçinin musiqiçi peşəsinin vətəndə nüfuzunun artmasına xidmət edəcək".

Müsabiqənin püşkatma mərasimi keçirilib. İştirakçılar və ifaçılar arasında püşkatma prosesi mütləq şəffaflıq və ədalətliliklə həyata keçirilib.

Səbinə Həsənova qeyd edib ki, layihənin özəlliyi təkcə vokal deyil, beş janrı əks etdirən böyük bir yarışma olmasıdır.

“Bakı Payızı” Musiqi müsabiqəsinin keçirilməsi mədəniyyətin inkişafına, yeni istedadların aşkar edilməsinə, gənclərin zövqlərinin formalaşmasına xidmət edir. Müsabiqəmizə xaricdə yaşayan soydaşlarımız da qoşularaq onlayn iştirak etməyi əldə edə bildilər və hazırda onlayn turlar bitdi, nəticələr aşkar olundu", - deyə o əlavə edib.

Qeyd edək ki, birinci seçmə onlayn turunun sonunda əşkar olunan digər iki turun iştirakçıları elan edilib.Bunlar 45 müğənni və ifaçıları, xoreoqrafiya janrında iştirak edən 20 nəfər artisti və 20 musiqi qruplardır.

Müsabiqənin bədii rəhbəri - Los-Ancelesdən gəlmiş əfsanəvi “Karvan” qrupunun prodüseri Sevinc Kərimova.

Püşkatmanın nəticələri moderatorlar və müsabiqə aparıcılar Leyla Quliyeva və Saleh Bağırov tərəfindən açıqlanıb. Püşkatma prosesi vokal mentorlarının Elnarə Xəlilova, Dmitriy Babayev, Humay Aslanova və Dilarə Kərimova kimi vokar ifacıları, Nailə Məmmədzadə, Emin Üseynov və Tahir Eynullayev xoreoqrafiya müəllimlərinin iştirakı, həmçinin münsiflər heyətinin nəzarəti ilə keçirilib.

Müsabiqənin münsiflər heyətinin üzvləri məşhur pianoçular, Əməkdar artist Emil Afrasiyab və Xalq atisti Murad Adiğözəlzadə, aparicı. Əməkdar artist Nərgiz Cəlilova, “Mədəniyyət" TV direktoru, Əməkdar incəsənət xadimi, Ülviyyə Könül, "Xəzər" TV direktoru, Xalq atisti Murad Dadaşov, Əməkdar artistlər Tahir və Cabir İmanovlar, Əməkdar müəllim Maryam Babayeva, Əməkdar artisti Bahram Bağırzadə, bəstəkar ə müğənni Murad Arif, olacaqlar. Münsiflər heyətinin üzvləri həm də 35 il əvvəlki “Bakı Payızı” müsabiqə iştirakçıları və hazırda tanınmış müğənniləri Xalq atistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Ayğün Kazımova, və İlqar Xəyal, Samir Bağırov olacaqlar.

28,29, 30 iyun və 1 iyul Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında final gecələri keçiriləcək.

# 1389 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər