Azərbaycanlı yazıçı Çində “İlin şairi” mükafatına layiq görüldü

Azərbaycanlı yazıçı Çində “İlin şairi” mükafatına layiq görüldü
25 dekabr 2024
# 13:47

ABŞ-də yaşayan azərbaycanlı ədəbiyyatşünas, şair və yazıçı Aleksandr Səlimov Çində keçirilən Boao Beynəlxalq Poeziya Mükafatları mərasimində “İlin şairi” mükafatına layiq görülüb.

Kulis.az xəbər verir ki, tədbir mədəni və humanitar əməkdaşlığın təmini məqsədilə Cənub-Şərqi Asiya Şairlər Birliyi və Çin Yazıçılar Birliyinin dəstəyi ilə 2018-ci ildən ənənəvi olaraq təşkil edilir.

Qeyd edək ki, Aleksandr Səlimov ABŞ-nin Delaver Universitetinin professorudur. O, eyni zamanda Amerika Şairlər Akademiyasının üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir.

Onun kitabları sırasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb. "Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.

# 2202 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər