Azərbaycanın Londondakı səfirliyində xanımlar üçün Novruz şənliyi təşkil edildi

Azərbaycanın Londondakı səfirliyində xanımlar üçün Novruz şənliyi təşkil edildi
16 mart 2024
# 14:30

Azərbaycanın Londondakı səfirliyində xanımlar üçün Novruz bayramı münasibətilə şənlik təşkil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə xanım səfirlər, diplomatlar, parlamentin hər iki palatasının üzvləri, yerli ictimaiyyətin, Azərbaycanın, qardaş Türkiyənin və Orta Asiya ölkələrinin diaspor nümayəndələri, Londonda təmsil olunan digər icmaların üzvləri iştirak ediblər.

Səfirliyin yeni binasındakı ilk tədbirinin məhz Novruz bayramına həsr olunduğunu xüsusilə qeyd edən Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Novruzun insanları birləşdirən yenilik və sülh bayramı olduğu haqda söz açıb. O, Novruz bayramının Azərbaycan xalqının tarixi yaddaşındakı yerini qeyd edib, onun geniş coğrafiyasını və türkdilli xalqların mədəniyyətini şəkilləndirən mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb.

Novruz bayramının yenilənmə rəmzi olduğunu qeyd edən səfir Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin bu bayramının əsas meyarları ilə üst-üstə düşdüyünü deyib, Azərbaycan xalqının və ümumiyyətlə, regionun tarixində yeni mərhələnin başladığını vurğulayıb, eləcə də regionumuzda sülhün və əmin-amanlığın tezliklə bərqərar olacağına ümidini ifadə edib.

Səfir, həmçinin bu il Novruz bayramı ilə Ramazan ayının birlikdə keçirildiyini və bunun xüsusi əhəmiyyətini qeyd edib.

Sonra səfirliyin birinci katibi Lalə Talıbova Novruz bayramının qədimliyi və ümumbəşər dəyərləri, ənənələrinin dərin mənası haqqında iştirakçılara məlumat verib. Novruz ənənələrinin qorunub saxlanılmasının əhəmiyyətini bildirib.

Səfirliyin müşaviri Günel Səlimova Novruz bayramının mühüm hissəsini təşkil edən qədim ritual və qaydalar haqqında danışıb, bayramın Azərbaycanda qeyd edilməsinin müxtəlifliyi və rəngarəngliyini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri ifa edilib.

Tədbirin davamında səfirliyin əməkdaşı Nahidə Hüseynova Novruz bayramının ən vacib mərasimlərindən biri olan və qonaqların diqqətini çəkən səməni mərasimini nümayiş etdirib. Həmçinin qonaqlar səfirlik əməkdaşları tərəfindən hazırlanmış Novruz mədəniyyət proqramında iştirak ediblər.

Tədbirin davamında tanınmış pianoçu Vüsalə Babayeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış edib.

Tədbir qonaqların maraq və məmnuniyyətinə səbəb olub.

Azərtac

# 1834 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər