Azərbaycanın Əməkdar artisti İtaliyada festivalda iştirak etdi

Azərbaycanın Əməkdar artisti İtaliyada festivalda iştirak etdi
17 iyul 2023
# 16:30

Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyada 69-cu Puççini Festivalında çıxış edib.

Kulis.az xəbər verir ki, festival italiyalı məşhur opera bəstəkarı Cakomo Puççininin xatirəsinə onun doğulduğu Torre del Laqoda keçirilir. Əməkdar artist Puççini Festivalında iştirak edən ilk azərbaycanlı ifaçı olmaqdan qürur duyduğunu deyib. Bildirib ki, Toskanada dahi C.Puççininin əsərləri ilə tamaşaçı qarşısına çıxmaq, dünyanın ən məşhur opera ifaçıları və dirijoru ilə eyni səhnəni bölüşmək həm qürurverici hadisə, həm də böyük məsuliyyət tələb edən iş idi.

“Bu, həddən artıq böyük professionallıq tələb edirdi. Çox şadam ki, bu məsuliyyətli işin öhdəsindən gəldim və tamaşaçı alqışı bunun ən əsas göstəricisidir. Heydər Əliyev Fonduna, eləcə də mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Afaq Abbasova uzun müddətdir İtaliyadakı məşqlərdə iştirak edir. O daha əvvəl də İtaliyada müxtəlif səhnələrdə və tamaşalarda çıxış edib.

Azərtac

# 2078 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər