Azərbaycanı təmsil edən nümayəndə heyəti Qırğızıstanda mükafatlandırıldı

Azərbaycanı təmsil edən nümayəndə heyəti Qırğızıstanda mükafatlandırıldı
11 oktyabr 2023
# 15:00

Oktyabrın 6-10-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrinə əsasən ölkəmizdən 15 nəfərdən ibarət nümayəndə heyəti Qırğızıstanın Bişkək şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin 17-ci Gənclər Delfi Oyunlarında iştirak edib.

Kulis.az xəbər verir ki, sözügedən oyunlarda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli nəfəs alətləri nominasiyası üzrə münsiflər heyətinin sədri seçilib.

Xalq çalğı alətləri nominasiyası üzrə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Solmaz Rəhimova II yerə, “Buta” ansamblı III yerə, nəfəs alətləri nominasiyası üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Hüseyn Gözəlov III yerə və fortepiano nominasiyası üzrə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Ayaz Salahov, Bakı Musiqi Akademiyasının məzunu, Prezident təqaüdçüsü Emil Əhmədzadə, Xalq çalğı alətləri nominasiyası üzrə Azərbaycan Milli Konservatoriyasının tələbəsi Hüseyn Nağıyev diplomlara layiq görülüblər.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsertmeysterləri - Sevinc Kərimova və Nigar Heydərli 17-ci Gənclər Delfi Oyunlarında iştirakçıları müşayiət etdiklərinə görə sertifikatla təltif ediliblər.

Qeyd edək ki, dosent Əziz Qarayusifli tərəfindən səfər zamanı Qırğızıstanın Bişkək şəhərində kollec və konservatoriyanın tələbələrinə klarnet ixtisası üzrə ustad dərsi keçirilib.

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər