Azərbaycanda yeni musiqi müsabiqəsi başlayır – “Milli səs”

Azərbaycanda yeni musiqi müsabiqəsi başlayır – “Milli səs”
29 iyul 2022
# 12:40

Azərbaycan xalq musiqisinin, milli estradasının təşviqinə və təbliğinə hər zaman dəstək olan Space TV ən çox danışılan, müzakirə olunan yeni layihəni təqdim edir.

Kulis.az xəbər verir ki, korifey sənətkarların ifasında səslənən təkrarsız mahnılar, ruh oxşayan təsniflər, bəstəkarların şah əsərləri indi yenidən səslənəcək. Yeni simaların ifasında tam fərqli formatda – “Milli səs” adlı musiqi yarışmasını ekranlarınıza gətiririk.

Gənc istedadların üzə çıxarılması, peşəkar musiqiçilərin onları düzgün istiqamətləndirməsi layihənin əsas hədəflərindəndir. “Milli səs”in təşkili, eyni zamanda, son vaxtlar həm milli musiqimizdə, həm də milli estradamızda sezilməyə başlayan yad səslərin, boğazların, ifa tərzinin aradan qaldırılmasına xidmət edəcək.

Xalq və bəstəkar mahnılarını ifa edən, səsinə güvənən, 16 yaşından yuxarı hər kəs bu yarışmaya qatıla bilər.

Oxu, ifanı telefona çək və video görüntünü 055 309 94 94, 070 309 94 94 nömrələrinə whatsapp vasitəsi ilə göndər, qeydiyyata düş və yarışmaya qatıl!

Ulduz olmaq arzun Space də gerçək olsun! Sən də oxu! Milli SƏS ol!

Gəl, ulduzun parlasın!

Qeydiyyat üçün əlaqə nömrələri:

055 309 94 94

070 309 94 94

# 3941 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər