Azərbaycan xalçaları Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına salındı

Azərbaycan xalçaları Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına salındı
29 yanvar 2026
# 13:30

Bəhreyn Krallığında, ərəb və İslam incəsənəti ilə yanaşı, dünya miqyaslı müasir sənət nümunələrinin də nümayiş olunacağı yeni mədəni məkan “RAK Art Collection”nun rəsmi açılış mərasimi olub.

Gələcəkdə müasir incəsənət muzeyi kimi fəaliyyət göstərəcək bu məkan Şeyx Rəşid bin Xəlifə Al Xəlifənin təşəbbüsü ilə yaradılıb. Açılış mərasimində “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində Emin Məmmədov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Hamad Al Khalifa ilə görüşərək Azərbaycan xalçaçılıq sənətinin tarixi, istehsal prosesi və müasir dövrdə inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. O, Azərbaycan xalçaçılıq sənətinə olan marağını xüsusi vurğulayıb.

Sevindirici haldır ki, muzeyin daimi kolleksiyasına rəssam Aydan Salahova ilə “Azərxalça” ASC-nin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş “Qadın” xalça triptixi də daxil edilib. Bu sənət əsəri klassik Azərbaycan xalçaçılıq ənənələrinin müasir bədii yanaşma ilə sintezini əks etdirir.

Açılış zamanı Emin Məmmədov “Qadın” xalçası ilə yanaşı, Şeyx Rəşid bin Xəlifəyə onun əsəri əsasında Azərbaycanda toxunmuş xüsusi xalça nümunəsini də təqdim edib.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən tanınmış incəsənət xadimləri, kolleksiyaçılar və kuratorlar iştirak ediblər. Qonaqlar arasında Jeff Koons, Joachim Pissarro, Simon de Pury və digər nüfuzlu sənət nümayəndələri yer alıb.

Yeni açılan “RAK Art Collection” Bəhreynin incəsənət və mədəniyyət səhnəsini daha da zənginləşdirərək, regional və beynəlxalq müasir sənət üçün mühüm dialoq platformasına çevrilməyi hədəfləyir. Azərbaycan xalçaçılıq sənətinin bu cür nüfuzlu beynəlxalq məkanda daimi kolleksiyada təmsil olunması milli mədəni irsimizin dünya miqyasında tanıdılması baxımından mühüm nailiyyətdir.

# 1175 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər