Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”

Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”
4 may 2024
# 11:00

Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərginin açılışı olub.

Kulis.az xəbər verir ki, sərgidə bir çox incəsənət nümayəndələri, o cümlədən rəssamlar iştirak ediblər.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında xalçalardan və onların incəsənətimizdəki yerindən danışıb, Taryer Bəşirovun yaratdığı xalçalarda Azərbaycan tarixini necə əks etdirdiyini vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı komitənin sədri Fazil Mustafanın təbrik məktubunu təqdim edib.

Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Heydər Əliyev Fondunun Humanitar siyasət məsələləri departamentinin müdiri Afət Əliyeva, Tahir Salahovun Ev-Muzeyinin direktoru Səadət Mirzəyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun professoru, Əməkdar elm xadimi Kübra Əliyeva, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, “Azərxalça” ASC-nin istehsalat direktoru Əlisəfa Nuriyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov çıxış ediblər. Natiqlər Əməkdar rəssam haqqında fikirlərini bölüşüb, Taryer Bəşirovu 65 illiyi və fərdi sərgisi münasibəti ilə təbrik edib, uğurlar diləyiblər.

Tədbir Heydər Əliyev Fondunun 20 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Fondu-20” xalçasının təqdimatı və sərginin açıq elan edilməsi ilə yekunlaşıb.

Qeyd edilib ki, özünəməxsus dəsti-xətti ilə təkrarolunmaz sənət nümunələri ərsəyə gətirən, yaradıcılığında daim müxtəlif yeniliklər edən xalçaçı-rəssamın sərgisinə həsr edilən kataloq nəşr olunub.

Mayın 12-dək davam edəcək sərgi çərçivəsində Əməkdar rəssamın fəaliyyətinə həsr olunan mühazirə də keçiriləcək.

# 1359 dəfə oxunub

Oxşar xəbərlər

"Disney"in süni intellektlə bağlı qərarı pərəstişkarların sərt tənqidi ilə üzləşdi

"Disney"in süni intellektlə bağlı qərarı pərəstişkarların sərt tənqidi ilə üzləşdi

11:10 18 noyabr 2025
İspan pop ulduzu yeni albomu ilə rekorda imza atıb

İspan pop ulduzu yeni albomu ilə rekorda imza atıb

10:50 18 noyabr 2025
İki evlilik və bir ömürlük həsrət - Emin Sabitoğlu kimdir?

İki evlilik və bir ömürlük həsrət - Emin Sabitoğlu kimdir?

10:30 18 noyabr 2025
Hollivud ulduzu "Fəxri Oskar"a layiq görüldü

Hollivud ulduzu "Fəxri Oskar"a layiq görüldü

10:25 18 noyabr 2025
TikTok-da dərzilik sənəti: Kurslar və yaradıcı işlər

TikTok-da dərzilik sənəti: Kurslar və yaradıcı işlər

10:12 18 noyabr 2025
Yadigar Muradov vəfat etdi

Yadigar Muradov vəfat etdi

09:52 18 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər