Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi
15 mart 2024
# 18:15

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclası giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid toplantının Şuranın fəaliyyətə başlamasının 21-ci ilinə təsadüf etdiyini vurğulayıb, İH üzvlərinə təbriklərini çatdırıb.

Son iclasdan indiyədək görülmüş işlərlə bağlı məlumat verən Rəşad Məcid ötən müddətdə MŞ-nin məhsuldar çalışdığını bildirib. O, 7 fevral Prezident seçkilərində medianın iştirakına dair məqamları xatırladıb. Sədr deyib ki, Mətbuat Şurasının seçki günü “qaynar xətt”i fəaliyyət göstərib. Gün ərzində səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş mobil və şəhər nömrələrinə cəmi bir müraciət daxil oldub. Müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah edilib.

Seçki günü, eyni zamanda, Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər.

Seçkiqabağı dövrdə isə MŞ-nin monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirib. Monitorinqin nəticələri onu deməyə əsas verib ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşıb, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin edib. Habelə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmayıb.

Rəşad Məcid ötən müddətdə, həmçinin, MŞ-nin ömrünü jurnalist peşəsinə sərf etmiş şəxslərlə bağlı 5 yubiley toplantısı təşkil etdiyini, 3 dünyasını dəyişmiş jurnalistlə bağlı nekroloq yaydığını diqqətə çatdırıb. Bundan başqa, Şurada xarici media təmsilçiləri ilə 4 görüş təşkil olunub.

MŞ Medianın İnkişafı Agentliyi ilə birgə bəyanat yayaraq, fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülərin paylaşılmasına və həmin xüsusda yol verilmiş peşə pozuntularına münasibət bildirib. Habelə, Şuranın və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabının təqdimatı olub.

İclasda MŞ-nin Katibliyi tərəfindən Şuranın Şikayətlər üzrə Komissiyasının 14 mart 2024-cü il tarixdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsindəki “Azərbaycan Mətbuat Şurası” auditoriyasında keçirilmiş iclasında müzakirəyə çıxarılmış məsələlər barədə məlumat verilib. “Azərbaycan Hakimlər Assosiasiyası” İctimai Birliyinin bir sıra saytlarda məhkəmələrlə bağlı yayımlanmış materiallardan narahatlığı xüsusunda bildirilib ki, media orqanları bəzən konkret məhkəmə prosesi haqqında material yayımlayarkən, ümumiləşdirmələrə yol verirlər. Nəticədə ölkədə məhkəmə hakimiyyəti ətrafında yanlış rəy formalaşdırılır. Buna görə də Mətbuat Şurasının belə halların yolverilməzliyini əsaslandıran, jurnalistləri həssaslıq nümayişinə çağıran tövsiyə mətninin hazırlanması qərara alınıb.

MŞ-nin Katibliyinin məlumatında müxtəlif vətəndaş qrupları tərəfindən Şuraya şifahi şikayətlər barədə qeydlərin mövcudluğu da diqqətə çatdırılıb. Bildirilib ki, hesabat dövründə bu qəbildən olan 10 şikayət üzrə iş aparılıb, media orqanlarından narazılıqlar qarşılıqlı razılaşmaların əldə edilməsi ilə aradan qaldırılıb.

Cari məsələ ilə əlaqədar MŞ-nin media məkanımızda baş verən proseslərə, o cümlədən, jurnalistika ilə bağlı məqamlara reaksiyası ətrafında fikir mübadiləsi aparılıb. Habelə, qarşıdakı müddətdə türk dünyasının media qurumları ilə birgə toplantıların təşkilindən söz açılıb, mövcud istiqamətdəki fəaliyyət müəyyənləşdirilib.

"APA"

# 347 dəfə oxunub

Oxşar xəbərlər

İçərişəhərdə Elçin Hami Axundov ilə görüş keçirildi

İçərişəhərdə Elçin Hami Axundov ilə görüş keçirildi

14:00 27 aprel 2024
“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirildi

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirildi

13:00 27 aprel 2024
Türkiyədə 20-ci Ankara kitab sərgisi açıldı

Türkiyədə 20-ci Ankara kitab sərgisi açıldı

12:30 27 aprel 2024
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

11:50 27 aprel 2024
“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

11:30 27 aprel 2024
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirildi

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirildi

11:00 27 aprel 2024
# # #