Azər Paşa Nemətov haqqında kitab-albom çap olundu

Azər Paşa Nemətov haqqında kitab-albom çap olundu
2 sentyabr 2022
# 14:05

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun 75 illik yubileyinə həsr olunan kitab-albom çap olunub. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən yeni nəşr Azər Paşa Nemətovun atası, məşhur teatr rejissoru Zəfər Nemətovun həyat yoluna işıq salmaqla başlayır. Kitab-albom daha sonra “Uşaqlıq və gənclik illəri”, “Portretlər”, “Tamaşalardan fraqmentlər”, “Sənət, həyat, düşüncələr...” bölmələri ilə davam edir.

Kulis.az xəbər verir ki, nəşrdə Azər Paşa Nemətovun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Leninqrad Gənc Tamaşaçılar Teatrında, Arxangelsk Dövlət Dram Teatrında, Tallin Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalardan, eyni zamanda görkəmli rejissorun yaradıcı səfərlər zamanı lentə alınan fotolar öz əksini tapıb.

Kitab-albomda Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan Dövlət Teatr Muzeyinin, Akademik Milli Dram Teatrının muzeyinin, o cümlədən, Azər Paşa Nemətovun şəxsi arxivindən istifadə olunub.

Yeni nəşrin tərtibçisi Cavid Zeynallı, rus və ingilis dillərinə tərcümə edəni Ayna Zərbəliyeva, redaktoru Aida Qafarova, bədii tərtibatçısı Aqil Əmrahovdur.

Kitab “Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb.

# 3309 dəfə oxunub

Oxşar xəbərlər

Gələn il "Michael" filminin davamı çəkiləcək

Gələn il "Michael" filminin davamı çəkiləcək

14:50 7 avqust 2026
Sərdar Ortac  xəstəxanaya yerləşdirildi? - İddia

Sərdar Ortac xəstəxanaya yerləşdirildi? - İddia

13:50 7 avqust 2026
Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

12:49 7 avqust 2026
Damla-damla yoxa çıxan zövqümüz...  — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

Damla-damla yoxa çıxan zövqümüz... — O izdiham bir-birini tapdalayaraq hara çatmağa tələsirdi?

12:30 7 avqust 2026
Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

Bred Pitin iti ilə birgə çəkildiyi filmdən kadrlar təqdim edildi

11:50 7 avqust 2026
Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər