Aygün Kazımovanın mahnısı məni ayıltdı

Aygün Kazımovanın mahnısı məni ayıltdı
15 oktyabr 2024
# 14:20

Kulis.az Həmid Herisçinin "Yeni Everest - Yeni manifest" yazısını təqdim edir.

İndi bütün dünyada, o cümlədən, Azərbaycanda "kütləvi mədəniyyət" dövrüdür.

Elitarlıq, elita, təknüsxəli nə varsa... bu cür "axır zamanda" - Avropa kulturoloqları demiş, "Endkampf'"da "təcridxanaya, ölümə, təkliyə" məhkumdu.

Tirajlar, çoxmilyonluq kütlə ənənəvi, klassik "fərdi yaradıcılıq", "məclisi-üns" modellərini paslandırıb. Yararsızlaşdırıb.

Mədəniyyətə yeni Üzeyir gəlib. Postmodern Üzeyir.

Klassika, modern birmənalı şəkildə postmodernə, kütləvi mədəniyyətə uduzub.

İndi hamı yazıçıdır. Bloqqerdir. Jurnalistdir. Müğənnidir.

Ötən əsrdəki qəzetlər bu cür həvəskarlara şərait yaratmırdı əsla.

Ancaq indi qacetlər həvəskarlara hər cür şərait yaradıb.

Ən vacibi - elitar mədəniyyəti, fərdi estetizmi maddi, maliyyə məzmunundan birdəfəlik məhrum edib.

Pul kisəsi indi qacetlərdədi.

Qəzetlərdə heç nə yoxdu.

Bir ara elə bildim ki, Azərbaycanda "neoklassisizm" modeli yaradıb kütləvi mədəniyyət modelini sıxışdırmaq olar.

Hətta Azərbaycan Yazarlar Birliyi biletini də qoydum döş cibimə. Elə qoydum ki, şişkinliyi lap uzaqdan görünsün... Qayıtdım digər klassik ünvanlara...

Fəqət çox tez də ayıldım... Gördüm "neoklassisizm muzası" süni nəfəs aparatındadır. Mənim yardımımla dirilən, gözlərini açan deyil.

Ancaq məyusluqdan uzağam.

Şükür edək ki, Azərbaycanda dünyanı bürümüş bu "kütləvi mədəniyyət" kabusunun qarşılığı, bəlkə də, milli oxşarı mövcuddu.

Yəni, "toyxana" modeli.

Bugünkü Aygün Kazımova, Eyyub Yaqubov, Röya, Vaqif Gərəyzadə, Zülfiyyə Xanbabayeva, Tünzalə, Zamiq, nəhayət, Üzeyir nümunəsi mənə deyir: "Cəbbəxanamızdakı barıt hələ tam nəm çəkməyib".

Azərbaycanın öz kütləvi mədəniyyət modeli mövcuddu.

Bu modeli inkişaf etdirmək lazımdır.

Nəinki bayağı, cansız "neoklasisizmi".

Dövrün tələbi, sifarişi ilə razılaşaq.

Aygün demiş:

Mən olan yer səhnədir, sanki, Everest,

Mən olan yer zirvədir, sənə bura hələ tez,

Ulduzlar köhnəlmir, nə də göydən yerə enmir,

Yaradıcılıq ölmür, çünki işıqlar sönmür,

Suallar pressa bir yandan,

Bütün gün stress də bir yandan,

Şou biznes də bir yandan,

S.O.S (Viva la diva)...

Məncə, bu son mahnısı ilə Aygün çoxlarını, o cümlədən, məni ayıltdı.

Yaşasın yenilik!

Aygün, üfüqlərdəki yeni Everest zirvəsini barmağıyla göstərir.

Haydı, bu zirvəyə qalxaq.

Yaşasın şoubiznes.

Yeni Everest.

Mən də öz yaradıcılığımla qalxıram Aygünün işarələdiyi bu zirvəyə.

Səhnəyə yeniləri gəlib. Rep gəlib. Meyxana gəlib.

Şou gəlib.

Zamanın tələblərinə cavab verək.

Bundan sonra yeni ulduzlarımızın portretini yaradacam. Barələrində yazacam.

Yalançı klassisizmi tirajlamayacam.

Mən də qalxıram Aygünün göstərdiyi Everestə.

Yaşasın Aygün! Yaşasın Everest!

Yaşasın şoubiznes.

YENİ MANİFEST!

# 4644 dəfə oxunub

Oxşar xəbərlər

Mövlud Mövlud haqqında - Orxan İsmayılov

Mövlud Mövlud haqqında - Orxan İsmayılov

15:00 16 mart 2026
Orhan Gencebay xəstəxanaya yerləşdirildi

Orhan Gencebay xəstəxanaya yerləşdirildi

14:30 16 mart 2026
“Şəhərsalma və Memarlıq İli”  çərçivəsində materiallar hazırlanır

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində materiallar hazırlanır

13:00 16 mart 2026
Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb - Sərəncam

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb - Sərəncam

12:56 16 mart 2026
“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü gördü

“Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü gördü

12:34 16 mart 2026
Homoseksual tiktokerin qarşısında növbəyə düzülən kişilər... - Onları buna nə məcbur edir?

Homoseksual tiktokerin qarşısında növbəyə düzülən kişilər... - Onları buna nə məcbur edir?

12:00 16 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər