Aqil M. Quliyev çağırış etdi: "Nə vaxta qədər susacaqsınız?"

Aqil M. Quliyev çağırış etdi: "Nə vaxta qədər susacaqsınız?"
11 dekabr 2022
# 20:21

Tanınmış rejissor, aktyor Aqil. M. Quliyev son günlər Azərbaycan Dövlət Kukla Teatrında gedən yoxlamalar, teatrın direktoru Rəşad Əhmədzadəyə qarşı baş verən qərəzli münasibətə, haqsızlıqlara görə feysbuk səhifəsində paylaşım edərək münasibət bildirib.

Kulis.az xəbər verir ki, o, digər sənət adamlarını bu məsələyə biganə qalmamağa səsləyib:

“Mənə maraqlıdır ki, indiyə qədər bu Nazirlikdən nə mədəniyyət, nə hörmət görən "ziyalı", "ağsaqqal", "ağbirçəklər"... Nə qədər susub, özünüzü kor və kar kimi göstərəcəksiz? Susmaqla iş düzəlmir... Bu sahədə, hələ ki, mərdanə çalişan, kollektivin doğrudan da, hörmətini qazanan, 5 kişi qalıbsa, biri də Rəşad Əhmədzadədir...

P.S. Belə də ki, illərdi mənim adımın üstündən qırmızı xətt çəkən Nazirlik, bizə hörmət qoymadız, özünüzə hörmətiniz olsun heç olmasa”.

Xatırladaq ki, bu il noyabr ayının 18-də Mədəniyyət Naziri Anar Kərimovun imzası ilə nazriliyin daxili nəzarət şöbəsi azərbaycan Dövlət Kukla Teatrında yoxlama əmri verilib. Ancaq yoxlamanın gedişatından narazı qalan teatrın direktoru Rəşad Əhmədzadə dekabrın 8-də mətbuat konfransı keçirərək baş verənlərə münasibətini bildirib. Həmçinin o, yoxlama başlanan ilk gündən onun yanında olan, onu dəstəkləyən medaia nümayəndələrinə təşəkkürünü bildirib.

# 5214 dəfə oxunub

Oxşar xəbərlər

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər