APA TV mobil film müsabiqəsi elan etdi - Video

APA TV mobil film müsabiqəsi elan etdi - Video
1 may 2023
# 17:30

APA televiziyası "Kəndimizə gedən yol" adlı mobil film müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, müsabiqədə filmlərin qəbulu 30 aprel - 31 may tarixlərini əhatə edir.

Müsabiqə APA Media Group və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilir.

Müsahibəyə təqdim ediləcək filmlər Azərbaycan ərazisində yalnız telefonla HD 1920/1080 formatında çəkilməli, müddəti 10 dəqiqədən çox olmamalıdır. Hər bir müəllif bir və ya bir neçə film göndərə bilər. Təqdim olunan filmlər 2020-2023-cü illər istehsalı olmalı, hər birinin sonunda müəllifin ad və soyadı mütləq qeyd edilməlidir.

Mümkün qədər musiqidən az istifadə edilməli, "Youtube"da müəllif hüququ tələb edən musiqilərdən istifadə olunmamalıdır. Filmlər daha çox təbii səslə ərsəyı gətirilməlidir. Kənd həyatı, təbiət mənzərələri, maraqlı insanlar və gündəlik işlər müsabiqənin əsas mövzusudur.

Mobil filmlər münsiflər heyəti tərəfindən verilən bal sistemi ilə hesablanaraq qaliblər müəyyən ediləcək.

3 film münsiflər heyətinin rəyi, 1 film isə onlayn səsvermə ilə yolu ilə seçiləcək.

Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq.

Filmləri "Kəndimizə gedən yol" başlığı ilə [email protected] və ya 050 526 04 87 nömrəli “Telegram” ünvanına göndərmək mümkündür:

Hansısa sual yaranarsa, 050 526 04 87 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.

# 2115 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər