Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası hədiyyə edildi

Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası  hədiyyə edildi
27 dekabr 2025
# 11:30

Türkiyədə Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasına mədəniyyətimiz və tariximiz haqqında 400-dən çox kitab hədiyyə edilib.

Kulis.az xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən "Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində həyata keçirilib.

Əvvəlcə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinə bağışlanan nəşrlərdən ibarət sərginin açılışı olub.

Universitetin rektoru, professor Erhan Özden çıxışında Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədi ilə həyata keçirdiyi layihələr barədə danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həm ana dilimizdə, həm də Türkiyə türkcəsində Azərbaycan haqqında nəşrlərin Türkiyənin aparıcı kitabxanalarına, universitet kitabxanalarına hədiyyə edildiyini vurğulayıb.

Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli və Azərbaycanın xalq artisti Cahangir Novruzov ölkəmizin tanınması və milli mədəniyyətimizin təbliği üçün bu cür layihələrin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonra sərgiyə baxış keçirilib və iştirakçılar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, dövlətçiliyi və tarixi ilə bağlı nəşrlərlə tanış olublar.

Qeyd edək ki, sözügedən nəşrlər Ankara Musiqi və Gözəl Sənətlər Universiteti kitabxanasının fondunda yer alacaq.

# 79 dəfə oxunub

Oxşar xəbərlər

Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

14:15 27 dekabr 2025
Azərbaycanın ilk qadın rejissorlarından biri  haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

13:30 27 dekabr 2025
"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

12:40 27 dekabr 2025
"Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi?

"Qəbirdə də bundan xəbər tutacağam..." - Səməd Vurğun oğluna niyə belə demişdi?

12:20 27 dekabr 2025
Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən  Xalq artisti  - Qardaşı niyə onu baltalamaq istəmişdi?

Həkim olmaq istəyən, pərəstişkarı ilə evlənən Xalq artisti - Qardaşı niyə onu baltalamaq istəmişdi?

12:00 27 dekabr 2025
Tənqidimizin vicdanı Məmməd Arif  - Tələbəsi Kamal Talıbzadə onu necə  xarakterizə edirdi?

Tənqidimizin vicdanı Məmməd Arif - Tələbəsi Kamal Talıbzadə onu necə xarakterizə edirdi?

11:45 27 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər