Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası hədiyyə edildi

Ankarada Universitet kitabxanasına Azərbaycana aid kitab kolleksiyası  hədiyyə edildi
27 dekabr 2025
# 11:30

Türkiyədə Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin kitabxanasına mədəniyyətimiz və tariximiz haqqında 400-dən çox kitab hədiyyə edilib.

Kulis.az xəbər verir ki, layihə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin Ankara və Kayseri şəhərlərində keçirilən "Azərbaycan İncəsənəti Həftəsi" çərçivəsində həyata keçirilib.

Əvvəlcə Ankara Musiqi və Gözəl Sənətlər Universitetinə bağışlanan nəşrlərdən ibarət sərginin açılışı olub.

Universitetin rektoru, professor Erhan Özden çıxışında Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin təbliği məqsədi ilə həyata keçirdiyi layihələr barədə danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həm ana dilimizdə, həm də Türkiyə türkcəsində Azərbaycan haqqında nəşrlərin Türkiyənin aparıcı kitabxanalarına, universitet kitabxanalarına hədiyyə edildiyini vurğulayıb.

Azərbaycan səfirliyinin müşaviri Füzuli Məcidli və Azərbaycanın xalq artisti Cahangir Novruzov ölkəmizin tanınması və milli mədəniyyətimizin təbliği üçün bu cür layihələrin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonra sərgiyə baxış keçirilib və iştirakçılar Azərbaycan mədəniyyəti, ədəbiyyatı, dövlətçiliyi və tarixi ilə bağlı nəşrlərlə tanış olublar.

Qeyd edək ki, sözügedən nəşrlər Ankara Musiqi və Gözəl Sənətlər Universiteti kitabxanasının fondunda yer alacaq.

# 1616 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər