Kulis.az 10 məşhur əsərdən yaddaşlarımızda iz qoymuş ilk və son cümlələri təqdim edir.

"Yeni həyat" - Orxan Pamuk
İlk cümləsi:
"Bir gün bir kitap oxudum və bütün həyatım dəyişdi.
Son cümlələri:
"Bunun həyatımın sonu olduğunu anladım. Halbuki mən evimə qayıtmaq istəyirdim, yeni bir həyata keçmək, ölmək isə heç istəmirdim".

"Anna Karenina" - Lev Tolstoy
İlk cümləsi:
"Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir; bədbəxt ailələrinsə hərəsi bir cür bədbəxtdir".
Son cümləsi:
Həmişə olduğu kimi arabaçı İvana hirslənəcəyəm, yenə mübahisə edəcəyəm, yerli-yersiz düşüncələrimi dilə gətirəcəyəm; ruhumun ən gizli guşələri ilə başqaları, hətta arvadım arasında bir divar olacaq; həmişəki kimi öz qorxularım ucbatından onu günahlandıracaq və bundan peşman olacağam; niyə dua etdiyimi ağıllı-başlı anlaya bilməyəcək, amma yenə də dua edəcəyəm; lakin həyatım, bütün həyatım — başıma gələ biləcək hər şeydən asılı olmayaraq — həyatımın hər dəqiqəsi əvvəlki kimi mənasız olmaqla kifayətlənməyəcək, bu həyata qata biləcəyim yaxşılığın dəqiq və qəti mənasına sahib olacaq".

"Xəz paltolu Madonna" - Səbahəddin Əli
İlk cümləsi:
"İndiyədək rast gəldiyim insanlar arasında bəlkə də mənə ən böyük təsiri göstərən bir nəfər olmuşdur".
Son cümləsi:
"Şirkətdə Raif əfəndinin boş masasına oturdum və qara üzlü dəftərini önümdə qoyaraq bir daha oxumağa başladım".

"Məsumiyyət muzeyi" - Orxan Pamuk
İlk cümləsi:
"Həyatımın ən xoşbəxt anı imiş, bilməmişəm".
Son cümlələri:
"Hər kəs bilsin, mən çox xoşbəxt bir həyat yaşadım".

"Lolita" - Vladimir Nabokov
İlk cümləsi:
"Lolita, həyatımın işığı, qasıqlarımın atəşi..."
Son cümləsi:
"Ki, bu da səninlə mənim birlikdə paylaşa biləcəyimiz yeganə ölümsüzlük ola bilər, Lolitam mənim".

"1984" - Corc Oruell
İlk cümləsi:
"Soyuq, günəşli aprel günü idi, saat on üçü vurdu".
Son cümlələri:
"Mübarizə başa çatıb. O, öz üzərində qələbə çalıb. O, Böyük Qardaşı sevir".

"Çevrilmə" - Frans Kafka
İlk cümləsi:
"Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib".
Son cümləsi:
"Qız onların yeni arzularını və gözəl niyyətlərini təsdiq edirmiş kimi, səyahətlərinin axırına çatanda birinci olaraq ayağa qalxıb cavan qamətini düzəltdi".

"Möhtəşəm Qetsbi" - Frensis Skott Fitscerald
İlk cümləsi:
"Yeniyetmə vaxtlarımdan atamın verdiyi bir öyüdü qulağımda sırğa eləmişəm: nə zaman birinə qarşı tənqidi yanaşmalı olsan, unutma, hamı sənin imkanlarınla dünyaya gəlməyib!"
Son cümləsi:
"Beləcə irəliləməyə davam edirik: fasiləsiz şəkildə geriyə atılsaq da, axına qarşı yol alan qayıqlar kimi".

"Beşmərtəbəli evin altıncı mərtəbəsi" - Anar
İlk cümləsi:
"...amma qəfilcən sükut çökdü".
Son cümləsi:
"Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki..."

"Balaca Şahzadə" - Antuan de Sent-Ekzüperi
İlk cümləsi:
"Altı yaşım olanda balta dəyməmiş meşədən danışan “Gerçək əhvalatlar” adlı bir kitabda əcaib şəkil gördüm".
Son cümlələri:
"Çox xahiş edirəm, o zaman mənə təskinlik verməyi unutmayın, tezcə mənə yazın ki, o qayıdıb..."