Ancelina Coli və oğlu Ağ Evdə şam yeməyində

Ancelina Coli və oğlu Ağ Evdə şam yeməyində
27 aprel 2023
# 13:00

Hollivud aktrisası Ancelina Coli Cənubi Koreyalı həmkarları ilə birlikdə ABŞ prezidenti Co Bayden və xanımı Cil Baydenin Ağ Evdə keçirilən şam yeməyinə qatılıb.

Kulis.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Coli şam yeməyinə 21 yaşlı oğlu Maddoksı da aparıb.

Xüsusi nahar Cənubi Koreya prezidenti Yoon Suk-yeolla həyat yoldaşı Kim Keon Heenin şərəfinə təşkil olunub.

"Asiya-Amerika əlaqələri Ancelina ailəsi üçün vacibdir. O və uşaqları uzun illərdir ki, regionla, o cümlədən Cənubi Koreya ilə sıx əlaqələrə malikdir. Maddoks Seulda Yonsey Universitetində təhsil alıb. Ancelina onun üçün eləcə də son iki onillikdə humanitar və qaçqınların müdafiəsi məsələləri ilə bağlı Cənubi Koreyaya dəfələrlə səfər edib. Ancelina və Maddox bu şam yeməyində iştirak etməkdən şərəf duyurlar ", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara. Maddoks artıq Cənubi Koreyada təhsilini başa vurub.

# 2445 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər