Albaniyada Azərbaycan mədəniyyət həftəsinə start verildi

Albaniyada Azərbaycan mədəniyyət həftəsinə start verildi
1 sentyabr 2023
# 12:53

Tirana şəhərinin mərkəzi İsgəndər Bəy meydanında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə qala konsert keçirilib.

Kulis.az xəbər verir ki, qala konsertdə Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Kamera Orkestri dahi bəstəkar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun və digər görkəmli sənətkarların bəstələrini tamaşaçılara təqdim edib.

Səhnədə Azərbaycan Respublikasının Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova və İbrahim Babayev yer alıblar.

Azərbaycan həftəsinin açılışında sərgi və qala konsertlə yanaşı, həmçinin Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat xarakterli nəşr materialları təqdim olunub.

Azərbaycan mədəniyyət həftəsinin ilk günü qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

AZƏRTAC

# 3100 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

Tanınmış rejissorun 1 milyard dollarlıq muzeyi açılacaq

11:40 21 sentyabr 2026
Şakira uzun illər sonra İspaniyada konsert verdi

Şakira uzun illər sonra İspaniyada konsert verdi

11:20 21 sentyabr 2026
Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

Muzeyin divarına zərər vuran şəxslər saxlanıldı

11:00 21 sentyabr 2026
"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

"Həqiqi ilahə yerişindən bəlli olur... " - Vergilidən sitatlar

10:30 21 sentyabr 2026
Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

Ed Şeran: "Uşaqların həyatını itirməsi ürəyimizi parça-parça edir"

10:15 21 sentyabr 2026
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə  şəhərləri günüdür

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

12:15 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər