Adil Kərimli: "Azərbaycan filmi türk kino sənətinin vacib parçasıdır"

Adil Kərimli:  "Azərbaycan filmi türk kino sənətinin vacib parçasıdır"
12 oktyabr 2023
# 10:11

Azərbaycan kinematoqrafiyası və Azərbaycan filmi türk kino sənətinin vacib parçasıdır və inkişaf etməkdədir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli III "Korkut Ata" Türk Dünyası Film Festivalının mükafatlandırma mərasimindəki çıxışında deyib.

"Azərbaycan kinematoqrafiyasının türk kino sənətinin tərkib hissəri olaraq, bu tərkibə qatqısı çox böyükdür və biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kinomuzun inkişafını görürük. Mən inanıram ki, bütün bunların töfhəsi ilə türk filmi, türk kinematoqrafiyası dünya kinosunda öz xüsusi yerini tapacaqdır", - nazir əlavə edib.

Adil Kərimli Azərbaycan kino sahəsinə diqqət və qayğısına görə Bakı Media Mərkəzinin direktoru Arzu Əliyevaya təşəkkür edib: "Bu diqqət və qayğını müasir Azərbaycan filminin inkişafında görürük".

Nazir IV "Korkut Ata" Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək Türkmənistana uğurlar arzu edib.

# 2722 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər