ABŞ-nin Virciniya ştatında Azərbaycan Evi açılıb

ABŞ-nin Virciniya ştatında Azərbaycan Evi açılıb
19 avqust 2024
# 12:55

ABŞ-da Azərbaycan Evinin açılışı olub.

Kulis.az xəbər verir ki, Virciniya ştatının paytaxt Vaşinqtona yaxın yerləşən Aleksandriya şəhərində yerləşən Azərbaycan Evinin açılışı mərasimində ətraf şəhərlərdə yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Açılış lentini komitə sədri Fuad Muradov kəsib. Daha sonra çıxış edən Azərbaycan Evinin həmtəsisçisi Ayan Əliyeva bildirib ki, Azərbaycan Evi-Azərbaycan Assosiasiyasının əsas məqsədi ilkin mərhələdə Azərbaycandan gələn, ABŞ-da doğulmuş uşaqlara doğma dilimizin tədris edilməsidir.

Onun sözlərinə görə, bu mərkəz Azərbaycan və Türk dünyası üçün mühüm rol oynayacaq.

Azərbaycan Evinin digər həmtəsisçisi Sevda Tahirli 5 ildir bu ideya üzərində iş apardıqlarını bildirib. Qeyd edib ki, uzun illər Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxinin təbliğatı istiqamətində gördükləri işləri artıq Azərbaycan Evi adı altında davam etdirəcəklər. O, əsas missiyalarının hər kəsin bir araya gələcəyi, problemlərini həll edəcəyi, güvənəcəyi bir məkan olması olduğunu diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın dövlət olaraq bu fəaliyyətləri hər zaman dəstəkləməyə davam edəcəyini bildirib. O vurğulayıb ki, Azərbaycan evlərinin funksional şəkildə fəaliyyət göstərməsi vacibdir və bu fəaliyyətlər əsasən icmanın istəkləri istiqamətində olmalıdır. Fuad Muradov avqustun əvvəllərində Laçında Diaspor Gənclərinin V Yay Düşərgəsinin keçirdiyini xatırladaraq gənclərin də bu fəaliyyətlərə qoşulmasının əhəmiyyətini qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Toğrul Əliyev də səfirliyin azərbaycanlıların bu istiqamətdəki fəaliyyətlərinə dəstəyini ifadə edib.

# 1926 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər