Yazıçıya vəzifə verildi

Yazıçıya vəzifə verildi
16 aprel 2021
# 14:47

Əməkdar jurnalist, yazıçı Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri təyin olunub.

Bu barədə o, facebook hesabında bildirib:

“25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam”.

Natiq Məmmədli əmək fəaliyyətinə 1996-cı ildən “Yeni Azərbaycan” qəzetində müxbir kimi başlayıb, sonradan həmin qəzetin şöbə müdiri, baş redaktorun müavini vəzifələrində çalışıb.

2005-2006 “Gün-səhər” qəzetində Baş redaktorun müavini olub.

2006-2010-cu ildə Azadlıq Radiosunun Web qrupun rəhbəri işləyib.

2010-2015-ci illərdə “Kaspi” qəzetinin Baş redaktoru olub.

2015-ci ildən Sputnik-Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun Milli versiyanın baş redaktoru vəzifəsində çalışıb.

Bir sıra bədii əsərlərin müəllifidir. Tarix üzrə fəlsəfə doktorudur.

# 2783 dəfə oxunub

Oxşar xəbərlər

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

Cim Kerri təqaüdə çıxmaq qərarından imtina etdi - Səbəb

10:50 7 avqust 2026
26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun  siyahısına daxil edildi

26 illik qazıntı bitdi - Türkiyədəki ərazi UNESCO-nun siyahısına daxil edildi

10:26 7 avqust 2026
Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər