Ördək balası - Yeni hekayə

Ördək balası - Yeni hekayə
7 sentyabr 2026
# 10:55

Kulis.az Gülər Nizamiqızının "Ördək balası" hekayəsini təqdim edir.

May ayına özəl küləkli hava. Əslində Bakıda hava həmişə küləklidi. Bakılılar sevir küləyi. Hətta bu onlara bəzən əyləncəli gəlir. Amma o gün külək fərqli idi. Deyəcəkləri var idi.

Daha doğrusu aparacağı- balaca qızın sevimli rəfiqəsi-ördək balasını aparacaqdı.

Bir ilə yaxın olardı ki, onlar dostluq edirdi. Balaca qız o qədər yemək verirdi ki, bala ördək hər dəfə onu görəndə ağzını açırdı.

Əslində digərləri də elə edirdi. Sevimli qızı istədiyi üçün atası demək olar ki, bütun bala ev heyvanlarından almışdı.

Həmin küləkli gün yuxudan durub həyətə qaçdı. Yerə düşən dəmir parçasını gördü. Axı hava bərk külək idi. Dəmir parçasını aşırmışdı.

Qorxa-qorxa parçanı qaldırdı. İtirəcəklərini deyəsən hiss edirdi. Ördək balası ölmüşdü.

İki saat sonra atası evə gəldi. Balaca qız hələ də ölmüş ördəyinin yanında idi. Sadəcə baxırdı. Donmuşdu. Atası onu evə çağırıb ağlaya-ağlaya qucaqladı.

Yarım saat, bəlkə də daha çox belə hərəkətsiz qaldılar. Hər ikisi çox ağladı. İnsan həyatında çox aglaya bilər. Amma bəziləri o qədər acı olur ki, heç vaxt unudulmur.

Ata heç nə deməsə də qız anlamışdı. Daha böyük itki yaxında idi.

Sonra birlikdə ördək balasını basdırdılar. Ata sevimli qızı darıxmasın deyə aldığı butun şirin heyvanları başqalarına payladı.

Heyvanların bir günahı yox idi. Amma bəzi itkilər bir çox sevgiləri özü ilə aparır.

Balaca qız bir daha heyvanlarla dost ola bilmədi. Amma bir qıza bəzən ata yetərli ola bilir. Birlikdə ağac əkə, yemək bişirə bilirlərsə. Hətta ən mükəmməl dost da ola bilərlər. Hələ sirdaş da oldunuzsa, siz mukəmməlsiniz...


# 603 dəfə oxunub

Oxşar xəbərlər

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

"Sol biləyimdə Auşvits nömrəsini daşıyıram..." - Jan Ameri

15:30 17 oktyabr 2026
"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

"Həyat və qadın Tanrının ən qiymətli hədiyyəsidir..." - Artur Millerdən sitatlar

14:00 17 oktyabr 2026
Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

Həmişəlik - necə də uzun bir sözdür! - Georq Büxnerin sitatları

10:00 17 oktyabr 2026
"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

10:00 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər