"İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur..." - Məşhur macar yazıçıdan sitatlar

"İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur..."  - Məşhur macar yazıçıdan sitatlar
5 sentyabr 2026
# 10:00

Bu gün yəhudi əsilli tanınmış macar yazıçı, tarixçi Artur Kostlerin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Bəşəriyyətin bəlaları fərdlərin ilkin aqressivliyindən deyil, ortaq cəhəti aşağı intellekt və yüksək emosionallıq olan qruplarla özünü aşan eyniləşdirməsindən qaynaqlanır.

***

Cəsarət – əməllərinə heç vaxt qorxularının təsir etməsinə yol verməməkdir.

***

Yaradıcılıq aktı yoxdan nəsə yaratmır; o, artıq mövcud olan faktları, ideyaları, bacarıqları və qabiliyyətləri üzə çıxarır, seçir, yenidən qruplaşdırır, birləşdirir və sintez edir.

***

İnsan tarixinin ardıcıl fəlakətləri əsasən onun qəbiləyə, millətə, kilsəyə və ya hər hansı bir ideyaya bağlanmaq, onun ehkamlarını ağıla zidd, şəxsi mənafedən uzaq və özünümüdafiə iddialarına zərərli olsa belə, qeyd-şərtsiz və coşqunluqla mənimsəmək üçün həddindən artıq qabiliyyət və təkana malik olması ilə bağlıdır. Beləliklə, biz bu dəbdən düşmüş nəticəyə gəlirik ki, növümüzün problemi aqressiya bolluğu deyil, fanatik sədaqət üçün həddindən artıq potensialıdır.

***

Yaradıcılıq elə bir öyrənmə prosesidir ki, burada müəllim və şagird eyni şəxsin özüdür.

***

Dahiliyin əsas əlaməti mükəmməllik deyil, orijinallıq, yeni sərhədlərin açılmasıdır.

***

Hətta istənilən dildə belə, bir cümlənin məhz nə demək istədiyini ifadə etməsi böyük bir mübarizədir.

***

İnsan doğru olduğuna inandığı şeyi ya amansızcasına yazmalı, ya da səsini kəsməlidir.

***

Başqalarının səhvlərindən öyrənin. Bütün bunları təkbaşına etməyə ömrünüz çatmaz. Darıxdırıcı beyinlərdə darıxdırıcılıq hökm sürür. Kəşf nə qədər orijinaldırsa, sonradan bir o qədər bəsit görünür.

***

İki yarım həqiqət bir həqiqət demək deyil.

***

İllüziyanın ölməsindən daha kədərli heç nə yoxdur.

***

Beyin yuyulması beşiyin içindən başlayır.

***

Yaradıcılıq vərdişin orijinallıq tərəfindən məğlub edilməsidir.

***

Şərəf – təkəbbürdən uzaq olan ləyaqətdir.

***

Kəşf nə qədər orijinaldırsa, sonradan bir o qədər bəsit görünür.

***

Məqsədin vasitəyə bəraət qazandırması prinsipi siyasi etikanın yeganə qaydasıdır və olaraq qalır; bundan kənar hər şey sadəcə boşboğazlıqdır və insanın barmaqları arasında əriyib gedir.

***

Kimsə bir dəfə Nils Bordan soruşdu ki, niyə evinin giriş qapısının üstündən at nalı asıb. Məgər siz, dünya şöhrətli fizik, qapının üstündən at nalı asmağın sizə uğur gətirəcəyinə həqiqətənmi inanrsınız? Bor cavab verdi: Əlbəttə ki, yox, amma mənə etibarlı şəkildə bildiriblər ki, mən buna inanıb-inanmasam da, o, yenə də mənə uğur gətirəcək.

***

Dəli deyiliksə, düşüncələrimizi silib ata bilmərik.

***

Əsl yaradıcılıq çox vaxt dilin bitdiyi yerdən başlayır.

***

Həqiqət anı, yeni bir anlayışın qəfil üzə çıxması intuisiyanın məhsuludur. Belə intuisiyalar möcüzəvi parıltılara və ya mühakimənin qısa qapanmalarına bənzərdi. Əslində onları suya batırılmış bir zəncirə bənzətmək olar ki, onun şüur səthindən yalnız əvvəli və axırı görünür. Dalğıc zəncirin bir ucundan yoxa çıxır və görünməyən bağlantıların köməyi ilə o biri ucundan üzə çıxır.

***

Mən təkrar-təkrar vurğulamışam ki, insanın eqoist impulsları onun inteqrativ meyillərinə nisbətən tarixdə çox az təhlükə törədib. Ən sadə şəkildə desək: həddindən artıq aqressiv özünüifadəyə aludə olan fərd cəmiyyətin cəzaları ilə üzləşir – o, özünü qanundan kənar elan edir, iyerarxiyadan imtina edir.

***

Şəxsi, eqoist motivlərlə törədilən zorakılıq cinayətləri Allahın daha uca izzəti naminə, bayrağa, liderə, dini etiqada və ya siyasi əqidəyə özünü fəda edən sədaqətlə törədilənlərlə müqayisədə tarixi baxımdan əhəmiyyətsizdir.

***

Müasir insan süni mühitində təkbaşına yaşayır, çünki süni olan özlüyündə şər olduğu üçün deyil, onun işləməsini təmin edən qüvvələri – qadjetlərini təbiət qüvvələri və universal nizamla əlaqələndirən prinsipləri anlamadığı üçün. Onun mövcudluğunu qeyri-təbii edən mərkəzi istilik sistemi deyil, onun arxasındakı prinsiplərə maraq göstərməkdən imtina etməsidir. Tamamilə elmə bağlandığı, lakin şüurunu onun üzünə bağladığı üçün o, şəhər varvarının həyatını yaşayır.

***

İnsanlıq tarixi boyu səslənən ən qalıcı səs müharibə təbillərinin döyülməsidir.

***

İnsanın öz tarixini necə bərbad hala saldığına soyuq başla baxdıqda, o, özünü məhvetməyə doğru sövq edən hansısa quraşdırılmış zehni pozğunluğa düçar olduğu qənaətinə gəlmək çətindir. İnsan, bir neçə qarışqa və siçovul növü istisna olmaqla, növ daxilində fərdi və ya kollektiv miqyasda qətl heyvanlar aləmində naməlum bir fenomendir.

***

İnam ecazkar bir şeydir; o, təkcə dağları yerindən tərpətməyə qadir deyil, həm də siyənəyin yarış atı olduğuna sizi inandıra bilir.

***

Mən inanıram ki, telepatiya üçün sübutlar həddindən artıq çoxdur və o, elmdən üstün olan reallığın bir hissəsidir. Elm bizə reallığın yalnız fraqmentlərinə nəzər salmağa imkan verir.

***

Əgər Yaradan bizə boyun verməklə bir məqsəd güdsəydi, o, əlbəttə ki, onu irəli uzatmağımızı istəyərdi.

***

Vay tarixin toz-torpağa tapşırdığı məğlubların halına...

# 100 dəfə oxunub

Oxşar xəbərlər

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

Leylinin Məcnunluğu - Fəxri Uğurlunun hekayəsi

10:30 5 sentyabr 2026
"Mən on min qadınla sevişmişəm..." - Jorj Simenondan sitatlar

"Mən on min qadınla sevişmişəm..." - Jorj Simenondan sitatlar

12:00 4 sentyabr 2026
İn-Yan - Anar Şamilin hekayəsi

İn-Yan - Anar Şamilin hekayəsi

15:00 2 sentyabr 2026
"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə,  bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar

"Sağalırlarsa, Məryəm Ananın mərhəmətidir, ölərlərsə, bizim günahımızdır..." - İtalyan yazıçıdan sitatlar

14:00 2 sentyabr 2026
"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar

"Ağrı “işlənməli” və yumora çevrilməlidir..." - Nobel mükafatçısından sitatlar

14:15 1 sentyabr 2026
"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və  dəniz" əsərindən bir hissə

"Sən bilən, qocalar niyə tez dururlar?" - "Qoca və dəniz" əsərindən bir hissə

13:00 1 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər