Yazıçımızın kitabı İsveç dilində

Yazıçımızın kitabı İsveç dilində
13 mart 2020
# 15:51

Azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzun yol” adlı kitabı İsveç dilində işıq üzü görüb.

Səadət Kərimlinin tərcümə etdiyi kitab İsveçin “Ulf Diskion” nəşriyyatı tərəfindən çap edilib. Əsərdə ötən əsrin 60-cı illərində yaşayan azərbaycanlı gənc qadının həyatından bəhs edir. İstəmədən sovet xüsusi xidmət orqanlarının agentinə çevrilən gənc xanım SSRİ-nin Qahirədəki səfirliyində diplomatik xidmətə yollanır. Burada ona Asuan bəndinin inşasında çalışmaq tapşırığı verilir və o, yeni adla fəaliyyətə başlayır. Elə bununla da onun təhlükələrlə, xəyanət və yalanlarla dolu çətin həyat yolu başlayır. Məhz burada o, isveçli aristokratla olan böyük sevgini yaşamalı olur. Romanın qəhrəmanları sovet təhlükəsizlik xidmətinin bütün çətinliklərinə baxmayaraq, sevgilərini qoruyub saxlayırlar.

Qeyd edək ki, 27 ildir Avropada yaşayan yazıçının “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlı kitab 2014-cü ildə Bakıda, 2015-ci ildə isə İsveçdə ingilis dilində çap edilib. İngilis dilində çap edilmiş kitab Avropanın 6 ölkəsində satışa çıxarılıb. Əzimə Ağalarovanın kitabları qardaş Türkiyədə də işıq üzü görüb. /azertag.az/

# 2628 dəfə oxunub

Oxşar xəbərlər

Natəvan Dəmirçioğlu:  “Dövlət sifarişi olsa, Qarabağ həqiqətini dünyaya çatdıraram” - Müsahibə

Natəvan Dəmirçioğlu: “Dövlət sifarişi olsa, Qarabağ həqiqətini dünyaya çatdıraram” - Müsahibə

18:27 26 dekabr 2025
“Sözün Tovuz fəsli”  antologiyasının təqdimatı oldu

“Sözün Tovuz fəsli” antologiyasının təqdimatı oldu

17:30 26 dekabr 2025
“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?

“80-i haqlamışam, mükafat verən yoxdur” - Dövlət sənətkara borcludurmu?

16:59 26 dekabr 2025
"D’ART Gallery"də ilk sərgi: “Nəsildən-nəsilə”

"D’ART Gallery"də ilk sərgi: “Nəsildən-nəsilə”

16:57 26 dekabr 2025
Rusiyadan Azərbaycana ləğvedicilər gəldi - "Rus Evi"nin ləğvi başa çatdı

Rusiyadan Azərbaycana ləğvedicilər gəldi - "Rus Evi"nin ləğvi başa çatdı

16:02 26 dekabr 2025
Ankarada Azərbaycan incəsənət ustalarının konserti təşkil olundu

Ankarada Azərbaycan incəsənət ustalarının konserti təşkil olundu

15:30 26 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər