Yazıçılar Birliyindəki balacaboy kişinin zarafatı – İngiltərədən yazırlar...

Yazıçılar Birliyindəki balacaboy kişinin zarafatı – İngiltərədən yazırlar...
6 may 2021
# 10:24

Kulis.az İngiltərədə yaşayan şair Rauf Qaraişığın “Daşkənddə oturan Qoca” yazısını təqdim edir.

Uşaqlarla Azərbaycan Yazıçılar Birliyinə getmişdik. 90-cı illər idi. Bina bomboş idi. Gəlib-gəlib bir açıq qapı tapdıq, gördük bir balaca adam yekə masanın dalında oturub tavana baxır.

- Salam! Fikrət Qoca harda oturur, deməzsiz? - deyə soruşdum.

Alçaq boylu adam bizi yuxarıdan-aşağı süzmək istədi, ancaq alınmadı, boyu balaca idi çünki, həm də oturmuşdu, bəlkə də üzündəki zəhrimarın ağırlığından başını çox qaldıra bilmədi.

- Daşkənddə! - deyə pəsdən cavab verdi o bəstəboy adam.

Bunun üzünə nə təhər bozardımsa, acıqlı-acıqlı qayıtdı ki, konfrans var, ora gedib.

Yavaşca, bir xlorlu Sumqayıt söyüşü söyəndən sonra uşaqlardan soruşdum ki, bu kimdir, dedilər İsa İsmayılzadə.

Hə, yadımda bir misrası ilə qalmışdı adı, tanıdım:

Mənim oyuncağım olmayıb heç vaxt

Hə, nə isə, çox dilxor olduq.

Zatən, o, AYB-nin üfunət və xəyanət dolu havası ağır gəlmişdi bizə, tez çölə çıxdıq.

… Sinəsinə kimi yerə soxulmuş əllərində alov yanan o məşhur komissar gədə ümidsiz-ümidsiz başını aşağı salmışdı.

Sumqayıtdan kənd, qəsəbə basa-basa gəlib Basin küçəsində "üç olmuşduq"...

Həə, dedim, Fikrət Qoca ilə bağlı bir xatirəmi bölüşüm sizinlə.

Deyir, dünən rəhmətə gedib.

ARE.

Bütün Bakı komissarlarına ARE.

Southampton
05.05.2021

# 1783 dəfə oxunub

Oxşar xəbərlər

Qurban Pirimov "Azərbaycanfilm"in direktoru vəzifəsini icra edəcək

Qurban Pirimov "Azərbaycanfilm"in direktoru vəzifəsini icra edəcək

12:37 22 oktyabr 2025
Parisdə dəb formalaşdıran aktrisa - O, hansı yolla məşhurlaşmışdı?

Parisdə dəb formalaşdıran aktrisa - O, hansı yolla məşhurlaşmışdı?

12:30 22 oktyabr 2025
“Sənətkarın dostu” layihəsindən növbəti görüş

“Sənətkarın dostu” layihəsindən növbəti görüş

12:26 22 oktyabr 2025
“Nazim Hikmət qaçmayıb xalqına sözünü deməli idi" - Ona nə üçün "viski düşkünü" deyirdilər?

“Nazim Hikmət qaçmayıb xalqına sözünü deməli idi" - Ona nə üçün "viski düşkünü" deyirdilər?

12:00 22 oktyabr 2025
Azərbaycanlı reper müharibədə həlak oldu

Azərbaycanlı reper müharibədə həlak oldu

11:53 22 oktyabr 2025
Seymur Baycan:  "Ən pisi də odur ki, ruhən azad deyillər"

Seymur Baycan: "Ən pisi də odur ki, ruhən azad deyillər"

11:37 22 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər