Yazıçı Anardan insanlara “Evdə qal” çağırışı

Yazıçı Anardan insanlara “Evdə qal” çağırışı
4 aprel 2020
# 16:32

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın karantin rejimi ilə bağlı qısa müsahibəsini təqdim edir.

– Anar müəllim, bütün dünyanı iflic etmiş koronavirusla bağlı nə deyərdiniz və hansı hissləri keçirirsiniz?

Təəssüf hissi keçirirəm ki, dünya belə bir bəla ilə üzləşib. Heç kəs belə bir şeyin olacağını gözləmirdi. Dünya üçün çox ciddi təhlükədir. Ona görə də, belə bir hadisənin baş verməsinə görə çox təssüflənirəm…

– Belə məqamlarda dövlətin və toplumun önündə gedən məşhur şəxsiyyətlərin dəstəyi, məsləhətləri insanlar üçün vacibdir. Həmvətənlərinizə hansı məsləhətləri verə bilərsiniz?

Məsləhətlər demək olar ki, hər gün səslənir. Hamı təklif edir ki, insanlar evdə qalsınlar, başqaları ilə az ünsiyyətdə olsunlar, kənar yerlərdə olmasınlar, çalışıb bütün işlərini evlərində görsünlər, evdə qalsınlar. Mən də bu çağırışlara qoşularaq, evdə oturmuşam, digərlərinə də bunu məsləhət görürəm.

– Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yeni əsərlər üzərində işləyirsinizmi?

– Evdə yaradıcılıqla məşğulam. Kitablarımı tərtib edib, yeni yazılarım üzərində işləyirəm.

– Öz kitablarınız da daxil olmaqla, oxumaq üçün tövsiyə edəcəyiniz və özünüzün də oxumaq istədiyiniz kitablar hansılardır?

Özümün oxumaq istədiyim kitablar çoxdur, onları sadalamıram. İnsanlara tövsiyə edirəm ki, çoxlu kitab oxusunlar – o cümlədən də mənim kitablarımı.

pressklub.az

# 3406 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər