Yazıçı "Qanun" nəşriyyatını qanunsuzluqda ittiham etdi: "Bu hadisə Şahbaz Xuduoğlunun adına ləkə salır"

Yazıçı "Qanun" nəşriyyatını qanunsuzluqda ittiham etdi: "Bu hadisə Şahbaz Xuduoğlunun adına ləkə salır"
25 sentyabr 2021
# 13:12

İsveçrədə yaşayan azərbaycanlı yazıçı Vüsal Aydın kitabının qanunsuz satışı ilə bağlı nəşriyyatı ittiham edib.

Yazıçı Kulis.az-a bildirib ki, "Dr. Səid - Bir milyonluq xəyanət" kitabınının ilk nəşri "Qanun" nəşriyyatında işıq üzü görüb. Növbəti nəşr isə "Mücrü" nəşriyyatında həyata keçirilib:

"Biz kitabın həm ikinci, həm də yeni nəşrini Mücrü nəşriyyatına həvalə edəndə Qanun nəşriyyatında çap olunmuş versiyadan küncdə-qıraqda qalanları da topladıq ki, ədalətsizlik və qanunsuzluq olmasın. Ancaq baxıram ki, Qanun nəşriyyatı kitabın köhnı versiyasını saytında endirimə qoyub satır. Hələ qulağıma çatıb ki, kitab mağazalarında da köhnə versiya var… Belə qanunsuzluq adını “Qanun” qoymuş nəşriyyata yaraşmır və hörmət elədiyimiz, çoxdanın təcrübəli naşiri kimi tanıdığımız Şahbaz Xuduoğlunun adına ləkə salır".

Yazıçı bildirib ki, kitabın müəllif hüquqları tamamilə özünə aiddir:

"2017-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları agentliyindən kitabı qeydiyyatdan keçirmişəm və mənə bu barədə rəsmi şəhadətnamə verilib. Oxuculardan xahişim, yalnız Mücrü nəşriyyatında çap olunmuş kitabı alın".

Məsələyə münasibət bildirən "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qeyd edib ki, bu məsələnin müəllifə qarşı qərəzlə əlaqəsi yoxdur:

"Ola bilsin ki, saytda qalıb. Statistika xatirinə. Yəni, belə bir nəşr də var deyə. Sayt son vaxtlar bir neçə dəfə yenilənib, köhnə kitablar da önə çıxır. İnanmıram ki, burda sizə qarşı bir qərəz olsun".

# 3990 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər