Xoşbəxtlik diyarı - Uşaqların yazdığı nağıl

Xoşbəxtlik diyarı - Uşaqların yazdığı nağıl
19 iyun 2020
# 11:31

Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə başa çatmaq üzrədir

7-13 yaş arası uşaqların koronovirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya ümumilikdə 483 nağıl təqdim olunub. Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyətinin (Zülfüqar Rüfətoğlu, Şərif Ağayar, Samirə Əşrəf, Nərgiz Kərimova, Həmidə Rüstəmova ) gərgin müzakirələri sayəsində 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

I, II, və III yerin qaliblərindən əlavə qalan 7 nağıl bu gündən etibarən “Kulis.az” saytında yayımlanaraq, saytın Facebook səhifəsindəki oxucu likeləri əsasında qiymətləndiriləcək. Ən çox like toplayan nümunəyə təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

Bu dəfə isə Yusif Zamanlının “Xoşbəxtlik diyarı” nağılını təqdim edirik.

Xoşbəxtlik diyarında bir şahzadə yaşayırdı. Günlərini xoş və sevgi dolu keçirirdi. Ətrafında ağ geyimli mələklər, güclü olan qoruyucuları var idi. Bir dəfə şahzadə xoşbəxtlik diyarını gəzməyə qərar verir. O, ağ geyimli mələkləri və güclü dostları ilə birlikdə Xoşbəxtlik diyarını gəzməyə başlayır. Gəzintidə o, çoox təəccübləndi. Daim üzü gülən camaat indi pərişan və qüssə içərisində idi. Çox insanın rəngi solmuş, şəhərdə insan sayı azalmışdı. Gördüklərindən təəccüblənən şahzadə ağ geyimli mələklərindən nə olduğunu soruşdu: Mələklər diyarın 4 tərəfinə yayıldı və nə olduğu ilə maraqlandılar. Çox keçmədən geri dönüb xəbər gətirdilər. Korona adlı cadugər insanlara xəstəlik payladığını və buna görə də əhalinin belə olduğunu bildirdi. Şahzadə Korona adlı cadugərlə görüşməyə və onun niyə belə olduğunu öyrənməyə qərar verdi. O, xoşbəxtlik diyarının meydanına gəldi və korona adlı cadugərə xəbər göndərdi ki, onunla görüşə gəlsin. Bir az keçəndən sonra ətrafdan gülüş səsləri gəldi.
- Ha, ha, ha. Balaca şəhzadə. Ha, ha, ha

- Sən kimsən, haradasan?

- Mən sənin axtardığın cadugərəm. Hər yerdəyəm.

- Niyə görsənmirsən?

- Dedim axı, mən hər yerdəyəm. Toxunduğun, qidalandığın, yaxınlaşdığın hər yerdə.

- Axı, sən nə istəyirsən? Niyə insanları bu hala salırsan?

- Çünki, insanlar məni görməzdən gəldilər. Təmizliyə riayət etmədilər. Mənim ortaya çıxmağım üçün əllərindən gələni etdilər. Ha, ha, ha. İndi mən onlara dərs verirəm.

- Amma sən zalımsan, zalımlar kimi dərs verirsən.

- Bunu siz istədiniz.

Eşitdiklərindən üzülən şahzadə ağ mələklərini və güclü dostlarını ətrafına yığdı. Sonra da məsləhətləşdilər. Mələklər sağlamlıq tozunu tapacaqlarına söz verdilər. Şahzadə bu müddətdə güclü dostlarını evlərin önündə durmağı və içəri girmək istəyən cadugərlə mübarizə aparmaqlarını tapşırdı. Güclü dostlar şahzadənin dediyi kimi etdilər. Qısa müddət sonra mələklər sağlamlıq tozunu tapdılar. Diyarın hər bir yerinə payladılar. Bu an Korona adlı canavarın səsi ətrafa yayıldı:

- Ah, yandım, vah yandım. Yox oldum.

Bundan sonra şəhər əhli sağaldı. Sevinc və sevgiylə ömür sürdülər.

# 1983 dəfə oxunub

Oxşar xəbərlər

“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək

“ANIMAFILM Lənkəranda” tədbiri keçiriləcək

16:30 4 may 2024
"Ədəbiyyat müharibəmi bitirirəm" - Həmid Herisçi Anarla görüşündən yazdı

"Ədəbiyyat müharibəmi bitirirəm" - Həmid Herisçi Anarla görüşündən yazdı

15:17 4 may 2024
Şahnaz Şahinin kitabı Təbrizdə çap olundu

Şahnaz Şahinin kitabı Təbrizdə çap olundu

13:45 4 may 2024
Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır

Əli Əmirlinin "Xeyir xəbər" pyesi əsasında yeni tamaşa hazırlanır

13:00 4 may 2024
Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açıldı

Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açıldı

11:40 4 may 2024
Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”

Azərbaycan Milli Xalça Muzeyində sərgi açıldı - "Xalçalarda yaşayan tariximiz”

11:00 4 may 2024
#
#
# # #