Xanəndələr Əlibaba Məmmədovun təsniflərini oxudu

Xanəndələr Əlibaba Məmmədovun təsniflərini oxudu
8 may 2020
# 09:30

Beynəlxalq Muğam Mərkəzindən (BMM) birbaşa yayımlanan “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti buraxılışı Ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədovun yaradıcılığına həsr olunub.

Kulis.az xəbər verir ki, Ə.Məmmədov 100-dən çox mahnı və təsniflər yaradıb, muğamla müasir mahnılar arasında bir vəhdət qurub və bu mahnılar xalq tərəfindən sevilir.

Layihənin budəfəki qonaqları BMM-nin solistləri Babək Quliyev (Şuşalı), Elnur Zeynalov, Səbinə Ərəbli, balaban ifaçısı Rəfael Əsgərov xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndiriblər.

Ustad xanəndənin tələbəsi Babək Şuşalı onun pedaqoq kimi xüsusiyyətlərindən söz açıb. Bildirib ki, Ə.Məmmədovun gənc xanəndələr nəslinin yetişməsində böyük əməyi var. Gənc xanəndə Muğam Televiziya Müsabiqəsində iştirakı zamanı Ə.Məmmədovun tövsiyələrindən bəhrələndiyini vurğulayıb.

Balaban ifaçısı Rəfael Əsgərov müasir günümüzdə balaban sənətinin inkişafı və görkəmli ifaçıları haqqında fikirlərini bölüşüb.

Xanəndələr Elnur Zeynalov, Səbinə Ərəbli Əlibaba Məmmədovun bəstələdiyi təsnifləri özünəməxsus ifaları ilə təqdim ediblər. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev müşayiət edib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftənin üç günü canlı olaraq

BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur./azertag.az/

# 2505 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər