Xalq yazıçısından şəhid anaları ilə bağlı qeyri-adi təklif

Xalq yazıçısından şəhid anaları ilə bağlı qeyri-adi təklif
20 mart 2021
# 06:56

Kulis.az Xalq yazıçısı Çingiz Abdullayevin Novruz bayramı münasibəti ilə yazdığı yazını təqdim edir.

Novruz bayramı! Bayramların arasında ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır!

Hətta sovet dönəmində Novruz bayramı rəsmi qeyd olunmayan zamanlarda da bütün evlərdə bayram keçirilirdi.

Mənim nənəm, anam, xalalarım paxlava, şəkərbura, şorqoğal bişirər, xonça bəzədərdilər. Bu il Novruz bayramı xüsusilə təmtəraqlıdır. Biz erməni işğalı altında olan torpaqlarımızı azad eləmişik. Ancaq mən bu bayram günlərində üç min şəhid anasını yada salmaq istərdim. Onların şəhid oğullarının şücaəti hesabına biz torpaqlarımızı erməni tapdağından azad etmişik. Mən “Şəhid anası” fəxri döş nişanının təsis edilməsini təklif edirəm. Vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün. Qoy əsgər və zabitlər o anaları görəndə rəsmi şəkildə təzim eləsinlər.

Bütün məmurlar günün istənilən vaxtı növbədən kənar şəhid analarını qəbul eləyib, onların bütün problemlərini həll eləsinlər. Dünyanın heç bir yerində belə bir nişan yoxdur. Bu nişan ürəkləri paralanan analara verilən qiymət olacaq. Biz azərbaycanlılar dünyada ilk olaraq bunu edə bilərik.

Heç bir qayğı, heç bir döş nişanı onların oğullarını geri qaytarmayacaq. Övlad itirmək hər bir ana üçün bu fəlakətdir. Ancaq onlara döş nişanı təqdim eləmək bizim şəhid analarına olan qayğımızın, sonsuz minnətdarlıq hissimizin təzahürü olar.

Qoy şəhid anaları hər dəqiqə bizim onlara olan diqqətimizi hiss eləsinlər.

Hörmətli Prezidentimizin II Qarabağ Müharibəsinin qələbə ilə başa çatmasında əvəzsiz rolunu, şəhid ailələrinə qayğısını xüsusilə qeyd etmək istəyirəm. Bizim qələbəmiz ağlasığmayan bir möcüzə idi. Biz qələbəni Prezidentimiz, rəşadətli ordumuz, döyüşlərdə öz canından keçən oğullarımız və onların analarının sayəsində qazandıq.

Biz şəhid analarının qarşısında baş əyirik!

# 3090 dəfə oxunub

Oxşar xəbərlər

II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
Süni intellekt aktrisası "nasazladı"

Süni intellekt aktrisası "nasazladı"

16:00 21 sentyabr 2026
Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

Amerikalı repçi konsert gəlirini Fələstinə bağışlayacaq

15:30 21 sentyabr 2026
"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

"Arxasıyca gedirəm, tale hara aparsa..." - Park Yaradıcılıq Akademiyasının ilk müdavimlərindən mətnlər

15:00 21 sentyabr 2026
Tanınmış aktrisanın oğlu vəfat etdi

Tanınmış aktrisanın oğlu vəfat etdi

14:30 21 sentyabr 2026
Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

Stalinin dövründə türkoloqlara nə oldu? - Sovet sisteminin elm üzərində kölgəsi

14:17 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər