Xalq yazıçısı qələbədən danışdı: "Əbədi olsun!"

Xalq yazıçısı qələbədən danışdı: "Əbədi olsun!"
10 noyabr 2020
# 14:55

“Əziz Şuşa, biz qayıtdıq!” – bu sözləri Azərbaycan millətinin böyük oğlu, bütün zamanların böyük Azərbaycan sərkərdəsi, Müzəffər öndər İlham Əliyev dedi. Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq.

Kulis.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.

“Ulu öndər Heydər Əliyevə Allah rəhmət eləsin. Allahdan razı olmalıyıq ki, bizim belə böyük bir sərkərdəmiz, bizim belə böyük bir Prezidentimiz var. Biz ordumuzla, qalibiyyətli əsgərlərimizlə, şəhidlərimizlə, qazilərimizlə, arxa cəbhədə bir yumruq kimi Azərbaycan adını göylərə qaldıran vətəndaşlarımızla ancaq fəxr edə bilərik. Bu gün qəhər boğazımızdadır. Bu gün bizim gözümüzdən sevinc yaşları axır. “Əziz Şuşa, biz qayıtdıq!” sözləri əbədi olsun. “Əziz Şuşa, biz səninləyik!” sözləri ömürlük olsun. Eşq olsun Azərbaycana, eşq olsun Müzəffər öndərimizə, eşq olsun Azərbaycan əsgərinə! Yaşasın Azərbaycan!”, - deyə Kamal Abdulla vurğulayıb.

# 2939 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
II Türkiyə Kino Festivalı keçiriləcək

II Türkiyə Kino Festivalı keçiriləcək

16:30 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər