Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"

Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
23 yanvar 2021
# 10:36

“Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva şəxsi Feysbuk səhifəsində yayımladığı TƏBİB-ə müraciət mətnində qeyd edib. O, bildirib ki, bu vəziyyət musiqi mədəniyyətimizə ciddi ziyan vurur:

“Hörmətli TƏBİB , pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal “kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə Mədəniyyət , İncəsənət Sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım ki , təəssüf ki əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif

hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir . Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki , biz də digər təcrübədə olduğu kimi , bəlli sayda auditoriyalı konsertlər , tədbirlər edə bilək və bilirsiniz ki , bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər. Bununla Musiqi Mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən olduqca yalnış bir təsəvvür var Azərbaycan tanınmışları haqqında . Baxın başqa ölkələrdə musiqiçi , artist kimi məhşurlaşmaq, bəli, çox yaxşı qazanmaq deməkdir - albom , konsert satışı , internetdə rəqəmsal ticarət , müəllif hüquqlarından gələn gəlir həmin məhşurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir , bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da yoxdur hələlik , təəssüf. Bizdə məhşur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri , istedadı , sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən , 100 % durğunluq içindədir. Bu vəziyyət Musiqi Mədəniyyətinə töhvələr verə bilən istedadlı , peşəkarların itkisinə aparır.”

# 2321 dəfə oxunub

Oxşar xəbərlər

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

17:30 22 iyun 2026
Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

Castin Biberin oxşarı qadını qaçırmağa cəhd etdi - Polis hər yerdə onu axtarır

17:00 22 iyun 2026
"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

"Sənət – daxilən hiss etdiklərinin təcrübəsidir..." - Dahi İran rejissorundan sitatlar

16:39 22 iyun 2026
Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

Bir dəftər üçün oğruya çevrilən uşaq - Tural Turan

15:52 22 iyun 2026
Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı  adına layiq görüldü

Aydın Zeynalov Rusiyanın əməkdar rəssamı adına layiq görüldü

14:30 22 iyun 2026
Bülbül:  Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

Bülbül: Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı

14:00 22 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər