Varis Qismətə cavab verdi: “Gözü məni götürmür”

Varis Qismətə cavab verdi: “Gözü məni götürmür”
4 mart 2020
# 14:09

Tanınmış yazar Varis Yolçuyev şair-esseist Qismət Rüstəmovun öz yazısında onunla bağlı yazdığı fikirlərə münasibət bildirib.

O, Kulis.aza açıqlamasında aşağıdakıları qeyd edib:

“Mən başa düşürəm, hərdən kimlərsə süst ədəbiyyat sularında nəsə bir süni tərpənmə eləmək istəyirlər, özü də bunu, daha çox özlərinin mövcud olmalarının sübutuna hesablayırlar.

London mükafatının qısa siyahısına, Rüstəmovun iddia etdiyi kimi, minlərlə yox, cəmi 50 yazar daxil edilib, bu rəsmi məlumatı Kulis saytı da dərc edib, Trend agentliyi isə mükafatın rəsmi saytına istinadən siyahını dərc etmişdi.

Rüstəmovun davası London mükafatı ilə deyil, mənimlədir, 10 ildir bu adam mənim əleyhimə danışır. Düzdür, mən reaksiya vermirəm, öz işimi görürəm, amma gözü götürmədiyi, içi mən qarışıq uğur qazanan ayrı-ayrı yazarlara - indi də kitabları yaxşı satılan Rövşən Abdullaoğlunu hədəf götürüb - ağzına gələni deyib cavab almaması onu rahatlandırmasın. Çünki, budəfəki kimi hansısa nüfuzlu beynəlxalq təsisata iftira yağdırması cavabsız qalmaya bilər, sonda onun yolunu məhkəmələrə aparıb salar.

Kimlərinsə oyunçu ola-ola özlərini ədəbiyyatda arbitr kimi göstərmək cəhdi heç vaxt uğur qazanmayıb. Ədəbiyyat - qərəzli sözlərlə başqalarına hücum etmək yox, bədii sözlərlə gözəllik yaratmaqla ədəbiyyat olur.”

# 5750 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
Antalyada  "Şəfa Tanrısı"nın qədim heykəli tapıldı

Antalyada "Şəfa Tanrısı"nın qədim heykəli tapıldı

14:00 6 avqust 2026
"Harry Potter" yenidən kinoteatrlara qayıdır - Xüsusi rəqəmsal formatda

"Harry Potter" yenidən kinoteatrlara qayıdır - Xüsusi rəqəmsal formatda

13:50 6 avqust 2026
"Krala həqiqəti deyə biləcək yeganə insan saray təlxəyidir..." - Teodor Adorno

"Krala həqiqəti deyə biləcək yeganə insan saray təlxəyidir..." - Teodor Adorno

13:00 6 avqust 2026
Məşhur müğənni kinoya çəkilir

Məşhur müğənni kinoya çəkilir

12:20 6 avqust 2026
"Həyatı son damlasınadək içəcəyəm..." - İngilis şairdən sitatlar

"Həyatı son damlasınadək içəcəyəm..." - İngilis şairdən sitatlar

11:00 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər