Türkoloq-alimin 120 illiyi keçiriləcək

Türkoloq-alimin 120 illiyi keçiriləcək
5 dekabr 2019
# 16:15

Məşhur türkoloq-alim, türkologiyanın müxtəlif sahələri üzrə 360-dan çox elmi əsərin müəllifi professor Əhməd Cəfəroğlunun 120 illik yubileyi keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan "Türk ocağı"nın sədri Akif Aşırlı məlumat verib.

Bildirilib ki, yubley tədbiri çərçivəsində İstanbul universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Türk İş Adamları Birliyi (ATİB), İstanbul və Azərbaycanın "Türk ocağı"nın birgə təşkilatçılığı ilə Bakı və Gəncədə 3 günlük elmi-praktik konfrans keçiriləcək.

Dekabrın 9-da Bakıda konfransın açılış mərasimi olacaq. Türkiyənin və Azərbaycanın müxtəlif universitetlərinin , elm mərkəzlərinin 20-dən çox aliminin qatılacağı elmi tədbir dekabrın 10 və 11-də Gəncə Dövlət Universitetində davam etdiriləcək.

A.Aşırlı onu da qeyd edib ki, qeyd edib ki, Ə.Cəfəroğlunun yadigarı Nazan Cəfəroğlu Ölçər elmi-praktik konfrans çərçivəsində ata-baba yurdu Azərbaycana gələcək. Dünyada məşhur muzeyşünas kimi tanınan Nazan xanım ata yurdu Gəncədə elmi məruzə ilə çıxış edəcək və xatirələrini bölüşəcək.

Qeyd edək ki, 1899-cu ildə Gəncədə doğulan, 18 yaşında Qafqaz İslam Ordusu tərkibində topçu zabiti kimi döyüşən və 1920-ci ilin aprel işğalından sonra Azərbaycanı tərk edən Ə.Cəfəroğlunu dünya türkologiya məktəbinin ən titullu bilim insanı hesab olunur.

Almaniyada filologiya doktoru adı alıb. 1929-cu ildə İstanbula dönən bu böyük alim dünyanın bir çox akademiyalarının fəxri üzvü seçilib, Türkiyədə ilk dəfə iki cilddə "Türk dil tarixi" əsərini yazıb.

Ə.Cəfəroğlu M.K.Atatürkün dil islahatlarında fəal iştirak edib, Türk Dil Qurumunun əsas yaradıcıları sırasına qatılıb. A.Aşırlı deyib ki, Ə.Cəfəroğlu həm də ömrünün sonunadək Azərbaycanın istiqlal savaşını aparan böyük mücahiddir:

M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Ə. Cəfəroğlu, Azərbaycan mühacirət mətbuatının formalaşmasında yaxından iştirak edib. Müxtəlif vaxtlarda "Azərbaycan Yurd bilgisi", "Türk amacı" dərgilərini buraxıb, mühacirət dərgilərində onlarla məqalə yazıb.

# 3189 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər