Tramp "Oskar" alan filmi tənqid etdi

Tramp "Oskar" alan filmi tənqid etdi
21 fevral 2020
# 16:21

ABŞ Prezidenti Donald Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o bu barədə Kolorado ştatındakı mitinqdə çıxışı zamanı deyib.

“Bu il kinoakademiya nə pis mükafat verib. Qalib də Cənubi Koreyadan olan filmdir. Orda nə baş verir? Bizim Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemlərimiz var və belə vaxtda onlara ilin ən yaxşı filmi mükafatını verirlər. Bu, normaldır? Bilmirəm. Gəlin “Küləklə sovrulanlar”ı qaytaraq, lütfən... Qalib isə Cənubi Koreyadandır. Mən düşünürdüm ki, bu, ən yaxşı xarici filmdir. Yox. Əvvəllər belə şey olurdu?", – deyə Tramp bildirib.

Qeyd edək ki, Cənubi Koreya rejissoru Pon Çjun Honun “Parazitlər” filmi "İlin ən yaxşı filmi" seçilib. Beləliklə “Oskar” ilk dəfə ingilis dilində çəkilməyən filmə verilib. Ekran əsəri bundan başqa ən yaxşı rejissor işi, ən yaxşı ssenari və ən yaxşı əcnəbi film kateqoriyalarında da qalib olub.

# 3193 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər